www.sinerjipro.net

SinerjiProWide
Reklam

PUTIN1476447038Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak edəcək.

İclasdan sonra KTMT-a üzv ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyannamə verəcək.
İclas çərçivəsində imzalanaq 24 sənəd arasında bəzilərinin gizli olduğu bildirilir.

Yerevan iclasında təşkilatın yeni baş katibinin adı açıqlanacaq. Əksər ekspertlər bu posta Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın təyin olunacağını gözləyir. Həmçinin, KTMT-də sədrlik Ermənistandan Belarus keçəcək.

Yerevandakı sammitə yalnız Qazaxıstan prezidenti Nursultan Nazarbayev gələ bilməyəcək. Xəstəliyi səbəbilə onu baş nazir əvəzləyəcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."