Putindən Obamaya sillə kimi cavab – Yeni iliniz mübarək

Müəllif: resul

Editor

1482223957_nb4Rusiya prezidenti Putin amerikalı diplomatları ölkədən çıxarmamaq qərarına gəlib.

Yeniçağ.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Rusiya ABŞ tərəfindən qəbul edilən yeni sanksiyalara cavab olaraq amerikalı diplomatları ölkədən çıxarmayacaq.

Rusiya prezidenti bu barədə bəyanat verib.

Bəyanatda deyilir: “Hakimiyyəti təhvil verən ABŞ adminstrasiyasının yeni addımlarını Rusiya-ABŞ münasibətlərinin gələcəkdə inkişafına yönəlik təxribat kimi qəbul edirik. Bu həm rus həm Amerika xalqının dərin maraqlarına cavab vermir. Beynəlxalq təcrübəyə əsasən Rusiyanın adekvat cavab vermək hüququ var. Bu hüququ özümüzdə saxlayaraq mətbəx, məsuliyyətsiz diplomatiya səviyyəsinə enməyəcəyik. Bizim növbəti addımlar Tramp adminstrasiyasının tətbiq edəcəyi siyasətdən asılı olaraq rus-amerika münasibələrinin bərpası üçün atılacaq. Vətənə qayıdan rus diplomatlar yeni il tətilini qohumları və doğmaları ilə qeyd edəcək. Amma biz amerikalı diplomatlara problem yaratmayacayıq. Heç kəsi ölkədən çıxarmayacayıq. Biz onlara və ailələrinə yeni il bayramında istədikləri kimi istədikləri yerdə istirahət etməyi qadağan etməyəcəyik. Bundan əlavə, Rusiyada akkreditasiyadan keçmiş bütün amerikalı diplomatların övladlarını Kremldə təşkil ediləcək yeni il şənliyinə dəvət edirik. Təəssüflər olsun ki, Barak Obama prezidentlik müddətini bu işlə başa vurur. Bununla belə, onu və ailə üzvlərini yeni il münasibəti ilə təbrik edirəm. Yeni seçilmiş prezident Donald Tramp və bütün amerika xalqını təbrik edirəm! Hamıya firavanlıq və tərəqqi arzu edirəm!”

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır