www.sinerjipro.net

SinerjiProWide
Reklam

ukrayna-nin-dogusundaki-gelismeler-6164352_8197_3661_oÖtən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Fevralın 26-da nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Bakının siması tamamilə dəyişəcək – Möhtəşəm layihə

Bakı şəhəri tamamilə dəyişəcək. Paytaxtımızda sürət qatarları, tramvaylar şütüyəcək, dənizin içərisinə doğru yaşıllıq zolaqları salınacaq, əhalinin məskunlaşması artırılacaq. Bütün bunlar yeni layihədə əksini tapib.

***

`Prezidentimin adını çəkmə` – Bahar Muradova hiddətləndi

Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 15-ci qış sessiyası keçirilir.

***

ASAN-ın `Xocalıyıq` filmi təqdim olundu – FOTOLAR

Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən hazırlanan “Xocalıyıq” adlı filmin təqdimat mərasimi keçirilib.

Prezident `Xocalı` abidəsini ziyarət etdi – Fotolar+Video

Prezident İlham Əliyev Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anma mərasimində iştirak edib. Ölkə başçısı Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.

***

ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı

ABŞ-ın Aydaho ştatının qubernatoru K.L. Buç Otter (C.L. “Butch” Otter) xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini Aydahoda “Xocalı Qətliamını Anma Günü” elan edib.

***

`Üçüncü devalvasiya gözlənilmir` – Elman Rüstəmov

Azərbaycan manatının növbəti devalvasiyası gözlənilmir. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

***

Rəsmi açıqlama: Müəllim döyülməyib

Bakı şəhəri üzrə Təhsil idarəsi 189-190 nömrəli tam orta məktəbdə baş vermiş insidentə aydınlıq gətirib. Təhsil idarəsindən verilən məlumata görə, dünən bəzi saytlarda yayılmış 189-190 nömrəli tam orta məktəbdə valideyn-müəllimə insidenti barədə xəbərlər yalnışdır.

***

Bankların birləşdirilməsi prosesi başa çatıb

`Bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb`. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

***

İpoteka kreditlərinin məbləği artırılacaq

Azərbacyanda ipoteka kreditlərinin məbləği artırlacaq. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.

***

`Sahibkarlar sui-istifadə edir` – Komitə sədri şikayətləndi

“Yoxlamaların dayandırılmasından bəzi sahibkarlar sui-istifadə edirlər”. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

***

Bütün dünyanın izlədiyi seçkilər

İranda 9-cu çağırış parlamentə seçkilər keçirilir. 290 deputat yeri uğrunda 5000-ə yaxın namizəd mübarizə aparır.

***

Əhaliyə faizsiz `halal kredit` verilməyəcək

Azərbaycanda islam bankının yaradılması ilə bağlı rəsmi qərar yoxdur. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

***

İlhamə Quliyeva mirasını əsgərlərə bağışlayıbmış

Ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva mirasının Azərbaycan əsgərlərinə bağışlanmasını vəsiyyət edib. Bu barədə teleaparıcı Elgiz Əkbər məlumat verib.

***

Obamadan xəbərdarlıq: `Atəşkəs olmayacaq`

Açıq şəkildə bəyan edirəm ki, İŞİD-ə qarşı heç bir atəşkəs olmayacaq. Onlarla mübarizəni davam etdirəcəyik. Bu barədə ABŞ prezidenti Barak Obama müraciətində bildirib.

***

Buntestaq “erməni soyqırımı”nı rədd etdi

Qondarma `erməni soyqırımı` ilə bağlı qətnamə Almaniya parlamentindən (Bundestaq) keçməyib. Qətnamə layihəsi Yaşıllar partiyasının lideri Cem Ezdemir tərəfindən hazırlanıb.

***

İlhamə Quliyevaya diplomatik pasportu kim verib?

“Xalq artisti İlhamə Quliyevaya diplomatik pasport ulu öndər Heydər Əliyev tərəfindən verilib”. Bunu xalq artistinin oğlu Orxan Nadirov deyib.

***

Milli Məclis bu məsələləri müzakirə edəcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb. Parlamentin martın 4-də keçiriləcək plenar iclasının gündəliyinə 18 məsələ daxildir.

24 ilin faciəsi… – FOTOLAR

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımdan 24 il ötür. Hər il olduğu kimi bu ildə başda prezident İlham Əliyev olmaqla dövlət və hökumət rəsmiləri, millət vəkilləri “Xocalı” abidəsini ziyarət ediblər. Minlərlə paytaxt sakini Xocalı qurbanlarını yad etmək üçün “Ana harayı” abidəsini ziyarət edərək Xocalıda qətlə yetirilənlərin ruhunu yad ediblər.

***

Ordumuzun döyüş hazırlığı

Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Qaraheybət təlim mərkəzində hərbi qulluqçuların peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə hazırlıq məşqləri keçirilib.

***

Misir Mərdanovla bağlı şok ittiham

Təhsil hüququ ilə bağlı daxil olmuş 140 müraciət üzrə araşdırmalar aparılıb, hüquq pozuntusu müəyyənləşdiyi halda, onların bərpası üzrə tədbirlər görülüb. Bəzi şikayətlərdə vətəndaşlar xarici dövlətlərdə aldıqları ali təhsil haqqında diplomun tanınması məqsədilə Təhsil Nazirliyinə müraciət edərkən aylarla gözləmək məcburiyyətində qaldıqlarını və süründürməçiliklə üzləşdiklərini bildiriblər. Bu barədə Ombudsmanın illik hesabatında deyilib.

***

Azərbaycan ABŞ-la neft danışıqları apardı

Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. Görüşdə regional, Avropa və qlobal səviyyədə enerji təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-ın etibarlı enerji istehsalçısı və təchizatçısı kimi Azərbaycanla əməkdaşlığı məsələləri müzakirə edilib.

***

`Kredit oliqarxı` azadlığa çıxdı – Məhkəmə qərarı

“Azərbaycan Beynəlxalq Bank”ının “Nəqliyyat” filialının keçmiş direktoru Kənan Orucov azadlığa buraxılıb.

***

Vətəndaş şikayət etdi, nazir rəisi işdən çıxardı

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Sabunçu Telefon Qovşağının texniki şöbəsinin rəisi Filman Məhərrəmov işdən azad edilib.

Balıqlarla `üzən` maşın… – Ötən gün FOTOLARda

AzVision.az dünyanın aparıcı xəbər agentliklərinin ötən gün ərzində planetin müxtəlif yerlərindən çəkdikləri maraqlı fotoları təqdim edir:

***

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi

ABŞ-ın Maliyyə naziri Ceykob Lyu hesab edir ki, Rusiyaya qarşı sanksiya təzyiqinin saxlanılmasını vacibdir. Amerikalı nazirin sözlərinə görə, Kreml Minsk razılaşmasına əməl etməyənə qədər sanksiyalar qüvvədə qalmalıdır.

***

`Yol polisi sizi təhqir edirsə, dalaşmayın…` – DYP rəsmisi

“Sürücülər polis əməkdaşları tərəfindən kobud rəftarla üzləşirlərsə, mütləq aidiyyatı qurumlara məlumat verilməlidir”. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev son günlər DYP əməkdaşlarının sürücülər tərəfindən döyülməsinə münasibət bildirərkən deyib.

***

İlham Əliyev Putinlə danışdı

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

***

FİFA-nın yeni prezidenti bəlli oldu

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) yeni prezidenti məlum olub. Bu posta UEFA-nın baş katibi Canni İnfantino seçilib.

***

Prezident Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verdi

Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncamında əksini tapıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 287
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."