!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinə Lavrov haqqında hansı məlumatlar çatdırılıb? - Ermənipərəst nazirin qürubu yetişir

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putinə ölkənin xarici işlər naziri Sergey Lavrovun karyerasını zərbə altına salan ciddi faktlar təqdim edildiyi bildirilir.

Yenicag.Az xəbər verir ki, son zamanlar Rusiyanın Ermənistana münasibətində neqativ xarakterli dəyişikliyin yaranması İrəvanın ciddi narahatlığına səbəb olub.

Məlumata görə, Ermənistanın Rusiya ilə Qərb arasında “ikili oyun”a baş vurması Kremlin İrəvana qarşı sərt addımlar atmasını aktuallaşdırıb. Qeyd edilir ki, Putin  Rusiyadakı güclü erməni lobbisinin cəzalandırılmasına xarici işlər naziri Sergey Lavrovdan başlayıb.

Bu barədə Yenicag.Az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Vladimir Putinin Ermənistanı və Rusiyadakı erməni lobbisini cəzalandırması üşün əsaslı səbəbləri var:

“Elə məsələlər var ki, onların baş verməsi Rusiyanın siyasi və geostrateji maraqlarına xidmət edir. Bu maraqlardan biri də məhz Dağlıq Qarabağ münaqişəsinin gedişində Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi, həm də problemin nizamlanmasında müəyyən lobbiçi qrupların Rusiya siyasi rəhbərliyinə təzyiqlərilə bağlıdır.

Prezident İlham Əliyevin son Soçi görüşündə Rusiya prezidenti Vladimir Putinə xüsusi məlumatların əks olunduğu xeyli material təqdim edildiyi bildirilir. Həmin məlumatlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun bu ölkədə başçılıq etdiyi erməni lobbisinin bir çox qərarların qəbuluna təsirini, həm də Dağlıq Qarabağla bağlı məsələdə ermənipərəst mövqe tutduğunu göstərən faktlar yer alıb.

Belə bir iddia da var ki, Lavrova artıq Dağlıq Qarabağ probleminə müdaxilə etməmək tapşırığı verilib. Həmçinin Lavrovun özünün fəaliyyəti ilə bağlı da müəyyən araşdırmalar aparıldığı deyilir. Hər halda, Rusiyada güclü erməni lobbisinin olduğunu Putin də bilir. Həmin lobbi KİV-lərdən, orta və ali məmur təbəqələrində geniş təmsil olunan erməni şəbəkələrindən ibarətdir.

Zənnimcə, bu qədər erməninin məmur aparatında təmsil olunması, onların təşkilatlanması, vahid ideologiya ilə birləşmələri və ona da Lavrovun başçılıq etməsi Moskvanın strateji maraqlarına cavab vermir.

Demirəm ki, Rusiya Azərbaycana məhəbbət bəsləyir. Ancaq Kreml hər halda, öz strateji maraqlarından doğan gedişlər etməyə məcburdur. Bu da Rusiyadakı erməni lobbisinin sıxışdırılması ilə bağlıdır. Ermənilər məhz bunu nəzərdə tutaraq iddia edirlər ki, Moskva İrəvandan uzaqlaşmağa başlayıb.

Onlar yaxşı başa düşürlər ki, Putin bu məsələni nəzarətə götürübsə, erməni lobbisinin Rusiyadakı təsir gücünü zəiflətməyə çalışacaq. Bu mənada ermənilər qabaqlayıcı addımlar ataraq, Rusiyanın Azərbaycan tərəfə meyllənməyə başladığını, Ermənistana münasibətdə diqqətinin zəiflədiyini deməklə rus ictimai rəyinə təsir etməyə çalışırlar.

Lakin fakt faktlığında qalır. Hələ ki, Moskvanın ermənilərdən tam olaraq soyuduğundan yox, sadəcə olaraq İrəvanın bir sıra hallarda Rusiyaya münasibətdə xəyanətkar addımlarının ifşa edilməsindən söz açırıq. Rusiya da bu məsələlərdə çətin ki, güzəştə getsin”.

ELÇİN

Yenicag.Az

www.yenicag.az

1088
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv