Ads by Google

hightechnic
Ads by Google

1441379300-1675-putin-asad-reutersZəlimxan Məmmədli: “Suriya əməliyyatında kürdlərə də dəstək olmaqla Putin PKK-nı yenidən meydana gətirməyə çalışır”

Suriyada İŞİD adı ilə Bəşər Əsədə müxalif qüvvələrə havadan hərbi zərbələr endirən Rusiya prezidenti eyni zamanda buradakı kürdlərə də dəstək verəcəklərini bəyan edib. Putinin Əsədi dəstəklədiyi birmənalı olaraq bəllidir. Bu fonda onun təkcə İŞİD-ə qarşı deyil, eyni zamanda Əsədin özünə qarşı da mübarizə aparan kürdlərə də dəstək verməsi görəsən nədən qaynaqlanır? Rusiya bununla hansı məqsəd güdür?

“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında Suriya əməliyyatında kürdlərə də dəstək olduğunu deyən Putinin bununla başlıca məqsədinin PKK-nın yenidən güclənməsinə nail olmaqdan ibarət olduğunu söylədi: “Vaxtilə PKK-nı yaradan, ümumiyyətlə aqressiv cərəyanların müəllifi, qurucusu sovet imperiyası olub. Rusiya da həmin imperiyanı özünün siyasi və hüquqi varisi hesab edir. O baxımdan da Putin rejimi də sovet dövrünün əvvəlki ənənələrinə sadiqdir. Qəribə budur ki, dünya bir istiqamətdə, demokratiyanın avtoritet olması istiqamətində gedir, təkcə Rusiya öz ətrafında demokratiya cərəyanına qarşı dirəniş göstərməkdə davam edir. Onlar hələ də düşünürlər ki, əski metodlar, yəni aqressiv cərəyanları yaratmaq, onlara dəstək verməklə öz məqsədinə nail ola biləcəklər. O baxımdan da Rusiyanın PKK və digər bu kimi aqressiv cərəyanları dəstəkləməsində qeyri-adi bir şey axtarmağına dəyməz. Putinin Suriyada kürdləri dəstəkləməkdə məqsədi də yenidən PKK dirçəldilməsinə, onun güclənməsinə nail olmaqdan ibarətdir. PKK-nın ideya müəllifi və onun ilkin nüvələrini quran SSRİ-dir, Putin də məhz həmin yolu gedir. PKK-nı dirçəltməklə o Türkiyəyə təsir etmək imkanlarını genişləndirməyə, onun ətən əsrin 80-90-cı illərində olduğu kimi təzyiq altında saxlamağa çalışır. Məhz bu məqsədlə də Putin Suriya avantürasında həm də kürdlərə dəstək olduğunu bəyan edib”.

 

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 89
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."