Yazı İçi 468×60

putinin_qızıRusiyanın tanınmış jurnalistlərindən olan Oleq Kaşin prezident Vladimir Putinin varlığını hər kəsdən gizli saxladığı 3-cü qızını tapdığını iddia edib.

Kaşin 28 yaşlı rəqqasə və innovasiyalar üzrə ekspert olan Yekaterina Tixonovanın əsl atasının Putin olduğunu deyib.

Moskva Dövlət Universitetinin irimiqyaslı genişlənməsi ilə bağlı “RBK” telekanalının apardığı araşdırma jurnalistə bu faktı aşkarlamaqda yardım edib. Belə ki, Moskva Dövlət Universiteti şurasının üzvü və innovasiya axtarışı ilə məşğul olan “İnnopraktika” təşkilatının sədri Yekaterina Tixonovanın tərcümeyi-halındakı bir çox məqamlarla prezidentin qızı olması ortaya çıxıb. Oleq Kaşin prezident qızı barədə bunları deyib:

“MDU elmi şurasının üzvü və akrobatik rok-n-rol üzrə çempion Yekaterina Vladimirovna Tixonova (31.08.1986) – adı görünür ki, nənəsi Yekaterina Tixonovna Şkrebneva (Putinin eks həyat yoldaşının anası) şərəfinə qoyulub. Qorxum yoxdur!”

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."