Maria-Putina_2985703bRusiya prezidenti Vladimir Putinin qızı Mariya Putinanın öldüyünə dair məlumatlar KİV-lərdə əks-səda yaradıb.

Yenicag.az Anspress-ə istinadən xəbər verir ki, Rusiya mediasının xəbərinə görə Mariya Putina Hollandiyanın Rotterdam şəhərində avtomobil qəzası zamanı dünyasını dəyişib. Hadisə zamanı Putinanın həyat yoldaşı da ölüb. Mariya Putinanın həyat yoldaşı Yorrit Faassen Niderlandlıdır.

Məlumata görə, cütlük “Audi” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olub. Bu zaman qarşıdan gələn “Man” markalı yük avtomobilinə çırpılıb. Zərbədən sonra “Audi” parçalanıb, maşında olan sərnişinlər yerindəcə həlak olublar. Şahidlərin dediyinə görə, maşın saatda 160 kilometr sürətlə hərəkət edib. “Man”ın sürücüsü yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qəza zamanı “Audi”nin sükanı arxasında Mariyanın həyat yoldaşı – Yorritin olduğu deyilib.

Bəzi mənbələr isə bunun qəsdən KİV-lərə sızdırılmış yalan məlumat olduğunu deyib. Onların bildirdiyinə görə, fakt hələ ki, rəsmi təsdiq olunmayıb. Yalnız qəzanın baş verdiyi və bu zaman iki nəfərin öldüyü yerliyində qalır. Yerli hüquq-mühafizə orqanları minik maşınında olan cütlüyün şəxsiyyətin açıqlamayıb. Faktla əlaqədar araşdırmalar davam edir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 60
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."