!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin son “təyyarə” açıqlamasının şifrəsi və ya Ankara-Moskva gərginliyi nəylə nəticələnəcək? – Təhlil

!Reklam – Yazi

 

174451_mNatiq Miri: “Artıq Rusiya gördü ki, Suriyada onun qarşısına çıxa biləcək bir ölkə var”

Xəbər verildiyi kimi, Suriyada hərbi əməliyyatların gedişində Türkiyə sərhədini pozan  Rusiya hərbi təyyarəsi qardaş ölkənin hava qüvvələri tərəfindən vurulub. Insident iki ölkə arasında münasibətləri xeyli dərəcədə kəskinləşdirib. Rusiyada ictimaiyyət həmin hadisədən sonda Türkiyəyə nifrət ruhunda tərbiyyə edilməyə başlanılıb. Ən azından Rusiyanın demək olar ki, bütün elektron və çap KİV-ləri bütün günü Türkiyə əleyhinə kampaniya aparır, PKK terror çetesinə ciddi dəstək vermək niyyətlərini ortaya atırlar. Bir sözlə, təyyarə olayı Ankara ilə Moskva arasında gərgin atmosfer yaradıb.

Bu barədə çıxış edən Rusiya prezidenti Putin səhərə qədər məsələni müzakirə etdiklərini bildirib. “Bir daha təyyarəmiz vurularsa, biz buna mütləq cavab verəcəyik” deyən Rusiya prezidenti Suriyadakı hava sistemini gücləndirəcəklərini bildirib.

Suriyadakı hərbi bazaya S-300 müdafiə sistemi yerləşdirəcəklərini bildirən Putin Türkiyə iqtidarını isə radikal islamçılara dəstək verməkdə ittiham edib.

Türkiyəyə qarşı konkret hansı addımları atacaqlarını açıqlamayan prezident sadəcə ruslara Türkiyəyə getməyin təhlükəli olduğunu söyləyib.

Görəsən, bu təyyarə olayı bölgədə hansı proseslərə gətirib çıxar bilər?

natiq_miriPolitoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, Rus təyyarəsinin Türkiyə tərəfindən vurulması iki ölkə arasında ciddi incident yaradacaq, amma bu savaş müstəvisinə keçməyəcək. Bununla belə, ekspert bu qənaətdədir ki, Moskva Türkiyədən qisas almaq adı ilə bu ölkədə PKK-nı fəallaşdırmaqla bəzi terror hadisələrini stimullaşdıra bilər: “Türkiyə tərəfindən Rusiya uçağının vurulması ciddi bir hadisədir.  Rusiyada bu hadisə ciddi qəbul olunur. Hadisənin müzakirə obyektinə çevrilməsi göstərir ki, rus toplumu, cəmiyyət, dövlət və hakimiyyəti hadisədən əməlli başlı narahat olub.  Belə ki, Rusiya həmin olayla əlaqədar olaraq artan nüfuzunun sarsılacağından ehtiyat edir. Çünki həmin olayla Yaxın Şərqdə, həm də qlobal səviyyədə artan Rusiya nüfuzu bir anda bütün xarizması yerlə-yeksan edildi. Belədə Rusiya ilə hesablaşmaq yolunu tutmaq istəyən dövlətlərin sayı azalacaq. Hadisə Rusiyanın nüfuzuna ciddi təsir edib. Amma bunun Moskva ilə Ankara arasında böyük bir savaşın baş verə biləcəyinə qədər gətirib çıxaracağına inanmıram.  Ola bilsin iki ölkə arasındakı müəyyən münasibətlərə xələl gəlsin. Ancaq bundan o yana böyük bir savaşın olacağını gözləmirəm. Çünki, indiyə kimi Rusiya bütün cəbhələrdə ona görə sərbəst şəkildə meydan suluya bilirdi ki, onun qarşısına çıxacaq ölkə yox idi. Bu proses 2008-ci ildə Gürcüstanın bəzi ərazilərinin işğalı dövründən üzü bəri davam edirdi.  Ukraynanın Krım əyaləti və Donbas olaylarında da anoloji prosesi müşahidə etdik. Yalnız kənardan Ukraynaya dəstək verməklə prosesə qoşuldular və Moskvaya sanksiyalar tətbiq edildi. İlk olaraq Rusiyanın qarşısına çıxacaq ölkə məhz Türkiyə oldu. Düşünürəm ki, bu hadisə Rusiyanı dayandıra biləcək bəlkə də tək və yeganə hadisə olacaq. Artıq Rusiya gördü ki, özünün qarşısına çıxa biləcək bir ölkə var. Onunla savaşa çıxmaq əslində təkcə Türkiyə ilə deyil, NATO-nu da qarşısına almaq anlamına gələcək.  Bu gün isə Rusiyanın NATO-nu qarşısına almağa gücü və resursları yoxdur. Bu baxımdan düşünürəm ki, Rusiya prosesi böyük savaşa doğru çıxarmayacaq. Ancaq bu o demək deyil ki, Moskva qisas xarakterli bəzi hadisələr törətməyəcək. Əminəm ki, Kreml qisasla dolu bir hərəkətə keçərək, Türkiyədə terror xarakterli bir neçə hadisəni stimullaşdıracaq. Rusiya PKK-nı SSRİ dönəmindən həm ideoloji, həm hərbi, həm də maliyyə cəhətdən bəsləyən bir ölkədir. Eyni zamanda, İŞİD rəhbərliyində Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqədə olan insanlar var. Bunları diqqətdən qaçırmaq lazım deyil. Yəni bu gün Rusiya həm PKK, həm də İŞİD-lə iç-içə olan bir ölkədir.  Baxmayaraq ki, guya İŞİD-lə mübarizə üçün Suriyada fəaliyyət göstərdiyini bəyan edir. Türkmən dağında baş verən son hadisə də göstərdi ki, bu ərazilərdə əslində İŞİD terror qruplaşması olmayıb. Orada total olaraq türkman insanlarının qətliamı yerinə yetirilib. Ona görə də düşünürəm ki, məhz bu güclər vasitəsilə Türkiyədən qisas alına bilər. Amma Rusiyanın ondan o yana gedəcəyini isə düşünmürəm. Çünki “Qazprom” rəhbərliyi də élan etdi ki, Türkiyəyə verilən qaz kəsilməyəcək. Bu o deməkdir ki, indiki şəraitdə Rusiyanın Türkiyəyə Avropa bazarına çıxmaq baxımından böyük ehtiyacı var. Həmçinin, Yaxın Şərqdə nüfuza malik Türkiyəyə də dəstək baxımından Moskvanın ciddi ehtiyacı vardır. Bütün bunlara görə  fikrimcə, məsələ ətrafında soyuqqanlı davranacaq və Türkiyə-Rusiya savaşının ortaya çıxmasına imkan verilməyəcək”.

aqil ələsgər agil alesgerAraşdırmaçı yazar Aqil Ələsgər də hesab edir ki, vəziyyət hazırda gərgin olsa da, Putinlə Ərdoğan savaş yerinə dialoqa üstünlük verəcəklər: “İndi əsəblər tarıma çəkilib. Üstəlik kənar qüvvələr hər iki dövləti üz-üzə gətirmək üçün çalışırlar. Lakin Putin hazırki situasiyada Ərdoğanla açıq savaşdan qaçınacağı onun çıxışında da görünməkdədir. “Bir daha təyyarəmiz vurulsa” ifadəsi göstərir ki, Putin də məsələdən çıxış yolunu axtarır. Türkiyəyə qarşı PKK və ya digər örgütlərlə qisas alına bilərmi? Əlbəttə, bu rusların ənənəvi taktikasıdır. Ancaq açıq savaş ehtimalı sıfıra bərabərdir. Üstəlik, Türkiyə ilə Rusiyanın münasibətləri və ortaq proyektlər hər iki dövlət üçün mühim əhəməyyət kəsb edir. Düşünürəm ki, Rusiya Suriyadakı əməliyyatlarını bundan sonra Türkiyə sərhədindən kənarda aparacaqdır. Çünki təyyarənin vurulmasının əsas səbəbinin sərhəd pozulmasından daha çox Bayırbucaq türkmənlərinin bombardman edilməsi olduğunu hər kəs bilir”.

ELÇİN/YENİCAG.AZ

www.yenicag.az

799
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv