!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abdulatipov Putinin əleyhinə çıxdı

!Reklam – Yazi

15281996_833642223445749_2030747632_nPutinin “Vahid Rusiya milləti” ideyası müqavimətlə üzləşib

Yeniçağ.Az rus mediasına istinadən xəbər verir ki, Rusiyanın bəzi regionlarında “Rusiya milləti” haqqında qanun layihəsinin hazırlanmasına qarşı etirazlar başlayıb.

Maraqlıdır ki, V. Putinin bu təşəbbüsünə qarşı çıxanlar arasında Dağıstanın başçısı Ramazan Abdulatipov da var. O, millətlərin qanunla deyil, tarixi proses əsasında formalaşdığını bildirib.

“Vahid millət haqqında qanunun işlənməsi mümkün deyil. Dünyanın heç bir ölkəsində belə bir qanun yoxdur. Millətlərin formalaşması obyektiv tarixi prosesin nəticəsidir. Qanunlar isə insanlar və cəmiyyətlər arasında münasibətləri tənzimləyə bilər. Bu çərçivədə Rusiya milləti haqqında memorandum və millətlərarası münasibətlərin inkişafına dair kompleks proqram hazırlana bilər”, deyə Abdulatipov bildirib. Rusiyanın Çuvaş Respublikası Dövlət Dumasının deputatı Viktor İlin isə sözügedən qanun layihəsinin hazırlanmasını ölkə Konstitusiyasının 3-cü maddəsinin pozulması kimi qiymətləndirib.

 

Yeniçağ.Az

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv