!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin “yayındırıcı müharibə” planının sirri – ŞƏRH

!Reklam – Yazi

maxresdefaultAvropa Şurasının baş elmi işçiləri, politoloqlar, Fredrik Wesslau və  Andrew Wilsonun  region üçün verdikləri proqnoza şərh

Politoloqlar Fredrik Wesslau və  Andrew Wilson “Russia 2030: A story of great power dreams and small victorious wars” adlı proqnoz ilə çıxış ediblər. (http://www.ecfr.eu/publications/summary/russia_2030_a_story_of_great_power_dreams_and_small_victorious_wars) Proqnoz tez bir zamanda MDB məkanın bütün KİV-lərini bürümüşdür. Adından göründüyü kimi proqnozun əsasını Rusiyanın gələcəyi ilə bağlı suallar təşkil edir.  Proqnozda  qərəzli məqamlar da vardır.

Müəlliflər 2030 cu ilə qədər Rusiyada elə də böyük dəyişikliklərin olmayacağını bildirirlər.  İqtisadi və demoqrafik vəziyyətin cuzi dəyişəcəyini bildirən analitiklər, çox guman kı, Putinin o vaxta qədər hakimiyyətdən gedəcəyinə dair  proqnoz verirlər. Görünür müəlliflər əhalinin sayına diqqət yetirsələr də, say tərkibindəki dini və etnik amilləri nəzərə almayıblar.

Ukrayna hadisələrindən sonra istər Azərbaycanda, istərdə də dünyanın digər ölkələrində III dünya müharibəsinin olacağı haqqında tez – tez fikirlər səslənilir. Lakin, hər iki politoloq nikbindir.Onların fikrincə irimiqyaslı  müharibələr olmayacaq.  Rusiyanın sərt xarici siyasət yürütməkdə əsas məqsədi ölkəni dünyada hegemon obraza çevirməkdir, öz maraqlarının aparıcı dövlətlər tərəfindən nəzərə alınmasına təhrikdir. Müəlliflər Rusiyanın xarici siyasətdə sərtiyinin digər səbəbini Putin hakimiyyətinin  daxili siyasi kontekstdə yeni legitimliyində görürlər. Putinin hakimiyyətini legitim edən iqtisadi inkişaf artıq geridədir və əvvəlki kimi intensiv olmayacaqdır.

Müəlliflər yazırlar kı, Qərb və Rusiya arasında müharibə gözlənilmir. Moskva ancaq orta dərəcəli münaqişələrin tərəfdarıdır. Rusiya daxilindəki sosial və iqtisadi gərginliyi ört – basdır etmək üçün xarici düşmən obrazlarından istifadə edir. Məqsəd daxili auditoriyanı yayındırmaqdır. Rusiyanın Ukraynada və Suriyada etdikləri, daxili siyasətlərindən doğan möhtaclıqdır. “Yayındırıcı müharibələr” əsl müharibələr deyildir,  bunu Suriya və Türkiyə ilə son hadisələr göstərdi.

Rusiya yaxşı başa düşür ki, xarici siyasətdə uğur əldə etmək üçün hərbi  gücdən istifadə etmək lazımdır. Qərb ölkələrindən fərqli olaraq Moskvanın “yumşaq gücdən” istifadə etmək üçün resursları da yoxdur. Gürcüstan, Ukrayna hadisələri göstərdi ki, Rusiya öz qonşuları ilə münasibətdə hərbi müdaxilədən çəkinməyəcək və Kreml bu siyasəti gələcəkdə də davam etdirəcək.Bunda Qərbin də təqsiri az deyil. Faktiki olaraq Qərb Gürcüstanı və Ukraynanı Rusiya ilə üzbəüz qoydu. Nəticə isə göz qabağındadır. Bu kimi hadisələr rəsmi Moskvanı regionun digər münaqişələrində də  hərbi gücdən istifadəyə təhrik edə bilər.

Müəlliflər, Qərb ölkələrini Şərqi Avropaya qarşı daha diqqətli olmağa səsləyirlər. Onların fikrincə Ukrayna, Gürcüstan, Moldova üçün əsas Rusiyaya qarşı çıxış etmək deyil, öz siyasətlərində tutduqları Qərbyönlü  sistemli islahatları davam etdirməkdir. Təbii ki, müəlliflər haqqlıdırlar. Rəngli inqilabların olmasından sonra Ukraynada, Gürcüstanda hakim dairələr Rusiya obrazından istifadə edib hakimiyyətə gəlsələr də, real islahatlar həyata keçirməyiblər.

Bəzi məqamlarda müəlliflər ilə razılaşmaq qeyri – mümkündür. Politoloqlar Azərbaycan, Ermənistan və Belorusiyanı Rusiyadan yetərli dərəcədə asıllı dövlətlər kimi xarakterizə ediblər. Əgər son iki dövlət doğurdan da istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən təmamilə Rusiyadan asılı olsalar da, bu qrupa Azərbaycanın adının daxil edilməsi döğru deyildir. Azərbaycan kifayət qədər hərbi,siyasi, iqtisadi müstəqilliyə malikdir və yuxarıda sadalanan ölkələrdən fərqli olaraq çoxvektorlu xarici siyasət yürüdür, xarici və daxili siyasətində sərbəstdir. Avropanın enerji təhlükəsizliyində Azərbaycan hakimiyyətinin atdığı qətiyyətli addımları da unutmaq olmaz. Geosiyasi durumuna görə Azərbaycan beynəlxalq münasibətlərin tam hüquqlu subyekti olmuşdur və təqdiredici haldır kı, ölkəmiz qətiyyətli, sistemli xarici siyasət yürüdür.

Proqnozda Rusiyanın daxilində yaşayan müsəlman və türk faktoruna da toxunulmayıb. 2030 – a qədər Rusiyada müsəlman faktoru daha qabarıq şəkildə özünü göstərəcəkdir. Get – gedə islam dininə qulluq edənlərin sayının artması, etnik rusların  azalması, ölkədə radikal dini cərəyanların yayılması Rusiya təhlükəsizliyi üçün təhdiddir.

Proqnozun bitərəfliyi özünü  Çin – Rusiya münasibətlərinə toxunulmamasında da göstərir. Əslində 2030 cu ilə qədər Rusiya ilə Qərb arasında mülayim siyasətin şahidi olacayıq. Hər iki tərəf birləşərək türk – müsəlman məsələsi ilə məşqul olacaqlar. Ümumiyyətlə Rusiya üçün başlıca təhdid Qərb deyil, Çindir.  Hər iki qütb arasında baş verən hadisələrin qurbanları isə üçüncü dövlətlərdir.

Zaur Məmmədov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi analitik                              

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv