yenicag.az

PYD-nin xain planı ortaya çıxdı: "Türk əsgərlərinə hücum" - Video

PYD-nin xain planı ortaya çıxdı: “Türk əsgərlərinə hücum” – Video

Müəllif: Redaktor

Editor

ABŞ-ın silahlandırdığı PKK-nın Suriya qolu PYD-nin xain planı ifşa olunub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçuların yaydığı videoda “Hədəfimiz əslində Fərat qalxanı, ASO və türk ordusudur” deyilir. Suriyada Sincar və Karaçok əməliyyatlarında zəifləyən PKK, Türkiyəni təhdid etməyə başlayıb. Rafi ləqəbli PKK-lı komandir, Cerablus bölgəsində xidmət edən terrorçu dostuna Rakkadan sonra hədəfin Fırat Qalxanı olduğunu videoyla göndərib.

Təxminən 350 nəfərlik PKK/PYD terrorçudan ibarət qrupa başçılıq edən Rafi ləqəbli komandir:

“Rakkada sona gəldik, bundan sonrakı hazırlıqlarımız “Fərat qalxanı” istiqamətində olacaq. Fərat qalxanı bölgəsində Türkiyə və ASO hakimiyyətini bitirəcəyik. Səbr edin, birlikdə ASO və TSK-ya (Türk Silahlı Qüvvələri) hücum edəcəyik”.

Yaxın zamanda Cerablus və Əl-Baba hücum edəcəklərini bildirən Rəfi, silah, sursat və əsgər baxımından kifayət qədər gücə sahib olduqlarını da bildirib.

 

Yenicag.az

 

Dünya, Banner, Flaş, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti