“Qəbələ” Türkiyəyə gedə bilmədi

Müəllif: Redaktor

Editor

Qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə getməli olan bəzi klublarımızın səfəri təxirə salınıb.

Yeniçağ.az-ın məlumatına görə, buna İstanbula güclü qarın yağması səbəb olub.

“Qəbələ” ötən gün səhər saatlarında Bakı-İstanbul-Antalya reysi ilə səfərə çıxmağı planlaşdırırdı. Lakin Türkiyədəki qarlı hava şəraitinə görə İstanbula uçuş təxirə salındığından komanda geri qayıtmalı olub.

“Qəbələ”nin səfəri axşam saatlarında da baş tutmayıb. Beləcə, yoldan qalan komanda qardaş ölkəyə yanvarın 11-də uçmağı planlaşdırır.

Qeyd edək ki, “Qəbələ” kimi “İnter” və “Sumqayıt”ın da Türkiyə səfəri təxirə düşüb. Bu komandaların da Türkiyəyə uçuşu sabaha nəzərdə tutulub.

 

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir