!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qaçqınkom" sədrinin nəvəsinin gecə klubunda keçən "əsgərliyi"...

!Reklam – Yazi

Hərbi xidmətdə olmuş istənilən Azərbaycan kişisindən əsgərlik xatirələrini soruşsan, sənə komandirinin adından tutmuş, əsgər yoldaşları ilə bağlı xatirələrinə kimi danışar.

Lap o vaxtdan 20-30 il keçsə də…

Amma nədənsə, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev əsgərlikdə olduğunu “unudub”. Təsəvvür edirsiniz?

Bakıda “Gelandawagen”lə dəhşətli qəza törədən, iki nəfərin ölümünə səbəb olan məmur nəvəsi məhkəmədə anket məlumatlarını dəqiqləşdirən zaman  açıqlayıb ki, əyninə əsgər forması geyinib, hərbi xidmətə yollanmayıb.

Bunu ötən gün məhkəmədə iştirak edən jurnalistlər də eşidiblər və çalışdıqları mətbu orqanlarda da yayımlayıblar.

Ancaq bu gün məlum oldu ki, sən demə, Nail Allahverdiyev  DTX-nin N saylı hərbi hissəsində xidmətdə olub və 1 il bundan öncə tərxis edilib.

Əsgərlikdə olan hər kəs vətənə borcunu yerinə yetirdiyi üçün fəxr edir. Geriyə xatirələr qalsın deyə, imkan olduqca bolluca hərbi formada şəkillər də çəkdirir, bunu hətta sosial şəbəkədə də paylaşır. Amma mən Nailin istər “facebook”, istərsə də “instagram” hesabında bir dənə də olsa hərbi formada şəkilinə rast gəlmədim.

Bir il əvvəl hərbidə olduğu deyilən Nail, həmin müddətdə sosial şəbəkədə sadəcə, lüks həyatını əks etdirən fotoları paylaşıb. Zatən biz onun Murovda, ön cəbhədə də xidmət edəcəyini gözləmirdik. Babası “Qaçqınkom” sədri olan nəvənin də “əsgərliyi” “Gelandawagen”lərdə, gecə klublarında keçməliydi.

Məncə, xəbər yayılmalıydı ki, Nail qəzadan sonra yaddaşını itirib. Və buna görə də məhkəmədə əsgərlikdə olduğunu xatırlamayıb. Fikrimcə, bu, daha inandırıcı olardı.

Hə, Nail ötən gün məhkəmədə daha bir yalan danışaraq, işləmədiyini deyib. Bəs, girişi məcburi köçkünə verilən aylıq 36 manat müavinət dəyərində olan “Soho” gecə klubu kimindir? Bəlkə oranın qazancı məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmağa xərclənirdi, xəbərimiz yoxdu?

Deyirəm də… “Nail yaddaşını itirib” məlumatı yayılmalıydı…

EMİN SƏFƏROV

www.yenicag.az

3626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv