!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qadın qısqanc olmamalıdır" - Gülnarə Xəlilova xəyanətdən danışdı - FOTOLAR

!Reklam – Yazi

Tanınmış modelyer Gülnarə Xəlilovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Bu günün prizmasından yanaşsaq, sizcə, gözəllik ondur, bəs doqquzu?

– Bəzən beşi gözəllik olur, beşi don. Bu günün prizmasıyla baxsaq deyərdim ki, gözəllik ondursa, onun elə doqquzu da gözəllikdir.

– Plastik əməliyyatlara münasibətiniz necədir?

– Hələ ki, özüm etdirməmişəm. Simamda olan cizgilərin də hamısı təbiidir, amma plastik əməliyyata münasibətim pis deyil. Gənc qızların erkən yaşda belə əməliyyatlara meyil göstərməyini heç istəməzdim. Bəlli bir yaşdan sonra, ehtiyac yarandığı halda əməliyyat etdirmək olar. Mənim 45 yaşım var, əgər bundan sonra yaş özünü göstərsə, yəqin ki, əməliyyat barədə düşünərəm. Bu barədə həkimlərə də sual vermişəm, amma yaşımı biləndə, deyiblər ki, yaxşısız, əməliyyata ehtiyac yoxdur.

– “45” rəqəmini ürəklə söylədiniz. Fikir vermişəm, yaşından cavan görünən xanımlar rəqəmi söyləməkdə kompleks keçirmirlər.

– Elədir. Mən heç vaxt nə yaşlanmaqdan, nə kökəlməkdən, nə də də ölümdən qorxmuram. İstəsək də, istəməsək də bu proseslər baş verəcək.

– Qızınızla bacı kimi görünürsünüz.

– Elə bacı kimi də münasibətimiz var.

– Övladlarınızın şəxsi həyatına müdaxilə edirsinizmi?

– Bizim ailədə başda həyat yoldaşım olmaqla ailə iclasları keçirilir. Qərarı da birgə veririk.

– Sərt anasınız?

– Bəzən çox sərt, bəzən də çox mülayiməm. Həyat yoldaşım uşaqlara qarşı çox ürəyiyumşaqdır. Mən özüm də sərt mühitdə böyümüşəm. Bu gün fərqli zamanda yaşayırıq. Düşünürəm ki, valideyn övladı ilə dost münasibətdə olmalıdır. Uşaqlara deyirik ki, bizimlə münasibətdə heç nəyi gizlətməyin. Əgər pis hadisə olarsa, onun qarşısını ala bilərik; təki qorxub, nəyisə gizlətməsinlər.

– Övladlarınız ailə qurarkən, seçimlərinə müdaxilə edəcəksiniz?

– Təbii ki, məsləhət olacaq. Əsl sevgidirsə, istəklərinə qarşı çıxa bilmərəm. Elə peşə seçimində də onlara mane olmadıq.

– Bütün tədbirlərə həyat yoldaşınızla birgə gedirsiniz…

– Həyat yoldaşım hüquqşünasdır, baxmayaraq ki, işləri çoxdur, amma hər zaman mənim yanımdadır. Çünki maşın sürməyi sevmirəm, məni getdiyim yerlərə o aparır.

– İllərdir ailəni qoruyub saxlayırsınız…

– Demirəm, hər şey yağ-bal kimidir, arada xırda mübahisələr də olur, bu, normaldır.

– Ailənizin qorunub saxlanmasında yük daha çox kimin üzərinə düşür?

– Hər ikimizin. Amma qadınların boynuna daha çox yük düşür. Təbii ki, illər sonra əvvəlki sevgi dəyişir. İstəsək də ilk romantika, həyəcan olmur. Ailənin qorunub saxlanmasında dostluq, hörmət çox vacibdir.

– Heç nə vaxtsa küsüb, ata evinə getmisiniz?

– Yox. Qadın özünə güvənməlidir, çox qısqanc olmamalıdır. Bunlar ailənin təməlini zəiflədən hisslərdir. Qarşılıqlı sevgi olmalıdır. Və səmimiyyət, səmimiyyət, yenə də səmimiyyət olmalıdır. Xəyanət etməmək, dürüstlük, sədaqət ailəni uzunömürlü edir.

– Qadınlar çox vaxt xəyanəti bağışlayır…

– Sevdiyimiz insanın yerinə and içə bilmərik ki, xəyanət edib, ya yox? Mən buna inanmıram, amma əmin də deyiləm. Həyatda çox şey ola bilər.

– Heç özündən soruşmusunuzmu?

– Biz bir-birimizi heç vaxt ifrat dərəcədə qısqanmamışıq. Azacıq qısqanclıq olub, bu da münasibətə maraq qatıb. Amma xəstəlik dərəcəsində qısqanclıqlar olmayıb.

– Hansı xüsusiyyətinizə görə, özünüzə “əhsən” deyirsiniz?

– Çox güclü qadınam və ruhdan düşmürəm. Bir işi yarımçıq qoymuram. Tez parlamaq istəyən, ulduzluq xəstəliyinə tutulan adamları sevmirəm.

Cəvahir

Foto: Elvin

www.yenicag.az

4437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv