Qadın sürücü avtomobillə qəsdən adam vurdu

Müəllif: Redaktor

Editor

24150rtyuBakıda qadın sürücü avtomobillə qəsdən adam vurub.

Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini İlkin Şahbazov ərizə ilə polis idarəsinə müraciət edərək bildirib ki, sentyabrın 11-də Məhəmməd Hadi küçəsində avtomobillə hərəkət edən zaman eyni istiqamətdə hərəkətdə olan 1985-ci il təvəllüdlü Günel Mahmudova idarə etdiyi “Hyundai Sonata” markalı 90 SF 136 dövlət nömrə nişanlı avtomobillə qəza şəraiti yaratdığı üçün ona iradını bildirib. Bu zaman onların arasında mübahisə baş verib və G. Mahmudova xuliqanlıq zəminində avtomobili İ. Şahbazovun üzərinə sürərək onu vurub.

Faktla bağlı araşdırma aparılır(APA).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir