www.sinerjipro.net

SinerjiProWide
Reklam

qafar-cax_maqli-56987Türkiyənin keçmiş cümhuriyət prokurorları Zekeriya Öz və Celal Karanın  Gürcüstana, oradan da Ermənistana qaçmaları xəbəri günümüzdə baş verən bu qədər olayın içində sürpriz bir hadisədir. 

Bu səbəbdən öncə ictimai rəyi yoxlamaq istədim. Facebook səhifəmdə yazdım: ”Əski savcılar Zekeriya Öz və Celal Karanın Ermənistana qaçmaları çox ciddi suallar doğurur: Nədən Ermənistan? Bəlkə Türkiyənin say-seçmə oğullarını kiminsə əli ilə həbs elətdirmiş, insanlara əzablar yaşatmış bu adamların elə əvvəldən Ermənistanla əlaqələri varmış… Olmazmı?”.

Dostlardan  çoxlu əks- səda, reaksiyalar gəldi.  Dedilər ki,  nədən olmasın? Sevgili Türkiyədə Ermənistan xidmət edən minlərlə adam var. Bunlar da onlardan biri, ikisi…  

Sonra bu şəbəkə ilə  Azərbaycan və Türkiyədə qərarlı şəkildə,  ardıcıl mübarizədə olan jurnalist həmkarımızla da qısa fikir mübadiləsi etdim. Bəlkə onlar  hələ də Azərbaycanda iş başında  dostlarının, himayəsi altına giriblər. “Ermənistana qaçma” bir yanıltmacdır? Bir aldatmacadır? Gün içində gəlişmələrlə bağlı qərarımız bir neçə dəfə dəyişsə də son olaraq bu qənaət hasil oldu ki, onlar doğrudan doğruya Ermənistana gediblər. Ermənistandan isə nə təkzib, nə də təsdiq gəldi. Bu, əvvəlcədən planlaşdırılmış işə bənzəyir.  Ermənistanla Türkiyənin heç bir diplomatik əlaqəsi mövcud deyil, hesabla onlar Ermənistana girə bilməzlər. Əgər Ermənistan onları öz ölkəsinə alıbsa, demək bu adamların bu ölkənin xüsusi xidmət orqanları ilə əlaqələri olmuşdur, həm bir neçə halda onların tapşırıqlarını yerinə yetirmişlər.
Çünki işi təqib edənlər bilirdilər və açıq görünürdü  ki, bu savcılar iş başında olanda  “erməni məsələsi “ üzərinə ciddi çalışmalar içində olan adamlara qarşı ən sərt mövqe tutmaqdan belə, çəkinmirdilər. Onlarca belə fakt var.  Budur onlardan biri. Məsələn,  dostumuz “Mehmet Perincək işində” görün nə yol tutmuşdular? Bu məhkəmə işində Mehmetin “erməni soyqırımı”nı inkar etdiyini cinayət sayaraq Zekeriya Öz ona 6 il 3 ay həbs oxumuşdu.  “Erməni soyqırımı  olmamışdır” ifadəsi  Ergenekon davasında suç dəlili sayılmışdı, bu hərəkət terror təşkilatı qurmaq qədər iftira dosyasına dönüşdürülmüşdü.   Sizcə bu fakt bir şeylər söyləmir?

İndi siz deyin, bu adamların Ermənistana qaçması təsadüfdürmü? Mehmet Perincək özü də bunu təsadüf saymır və mən də təsadüf saymıram.  Dostlar deyirlər ki, mənim də Türkiyədəki fəaliyyətim, “erməni məsələsi”ndə tutduğum mövqe   bu  ermənipərəst paralelçinin  Zekeriya Özün xoşuna gəlmirmiş.  Öncədən bəzi şeyləri söyləmək istəməzdim. Ən azından doğru anlaşılmaz bu şeylər… Allah bilir, bəlkə o indi  qaçdığı ölkədən hansısa tapşırıq da almışdı,  sadəcə olaraq onu həyata keçirməyə vaxtı çatmadı…

Bu məsələlə ilə bağlı araşdırmaları davam etdirərək hesab edirəm  ki, savcılar Zekeriya Öz və Celal Karanın Ermənistana qaçması təsadüfi hadisə deyildir. İndi görək Türkiyə neyləyəcək? Ermənistanın bu konuya baxışı necə olacaq? O zaman  daha gerçəklər üzə çıxacaq…

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 117
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."