“Qafqaz dialoqu 2016” adlı beynəlxalq forum keçirilib – Qroznıda

“Qafqaz dialoqu 2016” adlı beynəlxalq forum keçirilib – Qroznıda

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

imageForumda Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya, Cənubi Osetiydan politoloqlar, jurnalistlər, elmi işçilər, ictimai – siyasi təşkilatların nümayəndələri iştirak ediblər.

Forumun birinci günündə “ Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”adlı dəyirmi masa keçirilib. Dəyirmi masanln moderatoru qismində çıxış edən Sergey Markedonov münaqişənin tezliklə həll olunmasının vacibliyindən danışıb.

Milli Məclisin deputatı Rasim Musabəyov çıxışında forum iştirakçılarına Azərbaycan Respublikasının mövqeyini bildirib. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bildirərək ölkəmizin mövcud vəziyyətlə barışmayacağını qeyd edib.

Politoloq, Dövlət İdarəçilik Akademiyasının siyasi elmlə üzrə fəlsəfə doktoru Zaur Məmmədov çıxışında münaqişəyə hüquqi konteksdən yanaşaraq ermənin tərəfini açıq – aşkar beynəlxalq hüququ pozduğunu qeyd edib.

imageÜmumrusiya Azərbaycanlıları Konqressinin Moskva üzrə icraçı direktoru Şamil Tağıyev ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdiyi vəhşiliklərə, soyqırımlara nəzər salmışdır. Ş.Tağıyev eyni zamanda Azərbaycanda Ermənistandan fərqli olaraq, minlərlə erməninin yaşadığına diqqət çəkib.

Novosti- Azərbaycan portalının əməkdaşı Nicat Hüseynov isə Xocalı soyqırımı ilə bağlı geniş məlumat verib.

Kirov Azərbaycan Fondunun prezidenti Elnur Huseynov  isə çıxışında Ermənistan SSR-də yaşayan yüzminlərlə azərbaycanlının öz doğma torpağından didərgin düşməsini təəssüflə vurğulayıb.

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti