Qafqazlı milyarder klubunu satdı

Müəllif: Redaktor

Editor

anjiklubuYeniçağ.az xəbər verir ki, Rusiya parlamentində təmsil olunan qafqazlı milyarder, klubun sahibi Süleyman Kərimov klubu Osman Kadiyevə satıb. Tərəflər arasında dekabrın 26-da müqavilə bağlanıb.

Müqaviləyə əsasən, Osman Kadiyev Kərimovun vaxtında yaranmış bütün borcları ödəyəcək və “Anji”nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.

Kadiyev bildirib ki, Dağıstan futbolunun inkişaf etdirilməsi üçün bütün bacarığını nümayiş etdirəcək. O, əvvəllər Dağıstanın “Dinamo” klubunun sahibi olub.

Qeyd edək ki, Süleyman Kərimov “Anji”ni 2011-ci ildə almışdı. Son vaxtlar komanda maliyyə böhranı ilə üzləşmişdi.

Yeniçağ.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır