“Qalatasaray”dan Azərbaycana dəstək

Müəllif: Redaktor

Editor

AFASFSTürkiyənin “Qalatasaray” klubu Azərbaycana dəstək olub.

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Türkiyənin digər hegemon klubu “Fənərbaxça” kimi “aslanlar”da Ağ Ev administrasiyasının internet resursunda Azərbaycanı dəstəkləyən petisiyaya qoşulublar.

“Qalatasaray ailəsi, qardaşımız Azərbaycanın yanındadır! Dəstək kampaniyasına bir imza da biz atdıq. Can Azərbaycan” klubun rəsmi səhifəsində belə yazılıb.

Layihə çərçivəsində Ağ Ev administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama administrasiyasına petisiya ilə müraciət açılıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiyada Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Qaydalara əsasən, petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.

Türkiyənin bir çox məşhurları Azərbaycana dəstək olublar. Ötən gün “Barselona” klubunun futbolçusu Arda Turan da ölkəmizə dəstək olub. Tanınmış aparıcı və mediamaqnat Acun Ilıcalı da sosial şəbəkədə Azərbaycana dəstək olduğunu bildirib.

Bir neçə gün öncə isə Demet Akalın “İnstagram” səhifəsində hər kəsi petisiyaya qoşulmağa və işğala dur deməyə səsləyib.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır