www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il birinci qrant müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək Şura ilə QHT-lər arasında müqavilələr imzalamaq üçün tələb olunan sənədlər, müqavilə öhdəlikləri, layihə idarə edilməsinin qayda və istiqamətləri, layihələrin icrası zamanı ortaya çıxan problemlər və onların həlli qaydaları, ötən il layihələrin həyata keçirilməsi zamanı yol verilən nöqsanların təkrarlanmaması üçün atılacaq addımlar haqqında təqdimatla çıxış edib.

Şuranın baş mühasibi Emin Məmmədov çıxışında maliyyə vəsaitinin idarə olunması, hesabatlılıq, nağdsız ödənişlər və digər zəruri məsələlərə toxunub. Məlumatlandırma sessiyasında QHT-lərin müsabiqə ilə bağlı sualları cavablandırılıb.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."