Qalmaqallı qanun layihəsi müzakirəyə çıxarılır

Müəllif: Redaktor

Editor

qalmaqaqanun20160920Milli Məclisin payız sessiyasında “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri “Psixoloji yardım haqqında” qanuna çox böyük ehtiyac olduğunu bildirib:

“Psixoloji yardım hər bir müəssisə üçün vacib komponentlərdən biridir. Dünyada, istər özəl, istərsə də dövlət olsun, elə bir tibbi müəssisə tapılmaz ki, orada bir və ya bir neçə psixoloq çalışmasın. Bu, çox vacib məsələdir. Ancaq Azərbaycanda bu sahədə boşluq olduğundan bu boşluğu bəzən təsadüfi adamlar doldururlar”.

Ə. Əmiraslanov artıq bütün dövlət qurumları ilə razılaşdırılmış “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin tam hazır olduğunu söyləyib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır