!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qalmaqallı video Taleh Qaraşovu bitirir – VİDEO

!Reklam – Yazi

????????????????????????????????????

Lənkəran icra başçısı ilə müavini İlqar Dadaşovun Prezident Administrasiyası tərəfindən sərt şəkildə danlanıldığı deyilir

1 noyabrda keçirilən parlament seçkiləri ərəzfəsində Lənkəran İcra Hakimiyyətinin “seçki karuseli” ilə bağlı qalmaqallı videosunun mətbuatda gündəmə gəlməsi rayon icra başçısı Taleh Qaraşovla birinci müavini İlqar Dadaşovu çətin vəziyyətə salıb.

Qeyd edilən videoda Lənkəran rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə etmə orqanları ilə iş şöbəsinin müdiri Əlmərdan Əliyevin müəllim, həkim və digər dövlət orqanlarının işçiləri ilə şəhər Mədəniyyət Mərkəzindəki yığıncaqda müəllim, həkim və digər işçilərini onbaşı, yüzbaşı, minbaşı adlandırmışdı. Həmin yığncaqda İcra Hakimiyyətinin yetkilisi müəllimləri, həkimləri və başqa büdcə təşkilatlarının işçilərini seçki günü hər kəsi məcburi şəkildə seçkiyə gətirərək, icra başçısının biznes ortağı Rüfət Quliyevə səs verməyə məcur etməyi tapşırmışdı.

Əlmərdan Əliyevin bu cür açqıq şəkildə “seçki ssenarisi” məcəllənin 308.2 maddəsinə əsasən seçki və referenduma qanunsuz müdaxilə cəhdi sayılır. Bu maddə vəzifə səlahiyyətlərinin aşılmasının ən ağırlaşdırıcı halı üçün nəzərdə tutulub və seçkilərə qanunsuz müdaxilə ilə bağlı cəzanın təyinini özündə ehtiva edir.

Baş verən hadisə ilə bağlı AzFakt.com-a daxil olan məlumata görə, qalmaqallı videoya görə icra başçısı Taleh Qaraşov və müavini İlqar Dadşov danlanılıb. Belə ki, Lənkərandakı seçkilərə məsul şəxs kimi cavabdeh olan birinci müavin İlqar Dadaşovun nəzarətsizliyi ucbatından icra aparatının yetkilisinin açıq şəkildə büdcə işçilərini onbaşı, yüzbaşı, minbaşı adlandırması, onları məcburi şəkildə seçkiyə cəlb etməsi Prezident Administrasiyasının xoşuna gəlməyib. Çünki son parlament seçkiləri təbliğat-təşviqat kompaniysının sönük getməsinə rəğmən hakim Yeni Azərbaycan Partiyasının üzvüləri seçkilərdə aktiv şəkildə iştirtak etdilər və böyük aktivlik yaratdılar. Ancaq Lənkəran icra başçısı Taleh Qaraşovun ən yaxın adamının büdcə işçilərini açıq şəkildə müstəqil namizəd Rüfət Quliyevə səs verməyə səsləməsi və onları buna məcbur etməsi, həmçinin seçkilərdə onları onbaşı, yüzbaşı, minbaşı kimi qələmə verməsi hakim partiyanın strategiyasına heç də uyğun gəlmir.

İnformasiya mənbəmiz iddia edir ki, Əlmərdan Əliyevin məlum videosundan sonra Lənkəran icra başçısı Taleh Qaraşovla birinci müavini İlqar Dadaşov Prezident Administrasiyası tərəfindən danlanıb, səriştəsizlikdə və seçkiyə kölgə salmaqda günahlandırılıb.

Mənbəmiz qeyd edir ki, hər dəfə bir qalmaqalla gündəmə gələn Taleh Qaraşov və müavini bu dəfə iqtidarın demokratik seçki prosesinə kobud şəkildə müdaxilə etmələrinin qurbanı ola bilərlər. İddiaya görə, prezident İlham Əliyev yaxın günlərdə rayon İcra Hakimiyyətləri ilə bağlı sərt şəkildə islahatlara gedəcək. Dövlət başçımızın vəzifəsindən çıxaracağı icra başçıları arasında Taleh Qaraşovunda adının olduğu deyilir.

Yenicag.az

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv