!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qan pulu” verilməlidirsə, verilsin...” – Siyavuş Novruzov

!Reklam – Yazi

Bu gün Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirələri davam etdirilib.

Yenicag.az xəbər verir ki, Milli Məclisdə bu gün davam etdirilən büdcə müzakirələrində əsas diqqət əhalinin sosial müdafiəsinə yönəlib.

Millət vəkillərinin bu məsələyə dair çıxışlarında Qarabağ müharibəsi şəhidlərinə verilməli olan müavinətlərin (“Qan pulu”) indiyə kimi ödənilməməsi məsələsi önə çəkilib.

Çıxışında həmin məsələyə xüsusi yer ayıran Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov qaldırılan problemin həlli üçün praktik addım atmağa çağırıb:

“Əgər bu “Qan pulu” deyilən vəsaitlər verilməlidirsə, verilsin, verilməli deyilsə, verilməsin. Bununla bağlı qanunvericilikdə dəyişikliklər etmək lazımdırsa, zəhmət çəkək, edək.

Bu məsələ müntəzəm qaldırılır, söz-söhbət get-gedə böyüyür , ancaq problem həll olunmur. Mən konkret təklif irəli sürürəm ki, bu ödənişlər üçün hər il dövlət büdcəsinə 10 milyon manat ayrılsın. Beləliklə də, bu problem bir neçə ilə aradan qalxar”.

Araz Zeynalov

www.yenicag.az

1567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv