www.sinerjipro.net

SinerjiProWide
Reklam

108eaa79-74fc-462e-8258-eed6838122f8Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan gəncliyi çox humanist hisslərə malikdir və mərhəmətin carçısıdır. Oların bu ruhda inkişafı üçün vətəndaş cəmiyyətidə öz imkanlarını səfərbər edib. Gənclərə olan diqqət və qayğını nümaiş etdirmək məqsədi ilə ölkənin səhiyyə sahəsində özünə məxsuz fəaliyyətə malik “Qan Donorları Assosiasiyası” və Azərbaycan Talassemiya Fedirasiyası bir araya gələrək il ərzində qan donorluğu sahəsində fəaliyyətə malik gənclərlə əlaqə saxlayaraq onların ziyarətinə getdi. Görüşdən xəbərsiz olan gənclərlə bir-bir görüşərək öncədən hazırlanmış təşəkkürnamələrlə təltif etdi.

Həyata keçirilən aksiyanın özəlliyi isə hər zaman alışdığımız iclas xarakterli tədbirlərdə deyil, dəyərli gənclərimizi öz gündəlik həyatından ayırmadan, onlara məxsus zamanda və məkanda görüşünə gedərək təbrik etməsidir.

Azərbaycan gəncliyi ilə fəxr edir və onlardan gələcək nəsilə örnək adımlar gözləyirik .

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 110
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."