!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanlı İŞİD cəlladı yoxsa İslam Xəlifəsi: “Mömin” Bağdadi barədə bilinməyənlər – Araşdırma

!Reklam – Yazi

 

310720141700143952983_3İbrahim Avvad İbrahim əl Badri 1971-ci ildə İraqın qədim şəhərlərindən olan Samarra şəhərində anadan olub. Atası məhəllə məscidində Quran müəllimi idi. İbrahim çox az danışardı və onu qonşuları belə tanımışdılar. Sakit təbiətli, az danışan və çox utancaq idi. Məhəllə sakinləri arasında onun ləqəbi “mömin” idi. Orta məktəbə başlamazdan əvvəl çox zaman məsciddə olur, Quran öyrənərdi. Amma bilmirdilər ki, böyüyəndə İslam aləminin ən qəddar cəlladı olacaqdır.

“Mömin” İbrahim indi isə Əbu Bəkr Əl Bağdadi və İslam dövlətinin rəhbəri kimi tanınmaqdadır. İndi o on minlərlə insana rəhbərlik edir və onu möminlərin xəlifəsi adlandırırlar. Hazırda insanlar az bir hissəsi onu sevdiklərindən möminlərin əmri desə də, çoxları ölüm qorxusundan ona itaət edirlər.  Bağdadinin şöhrəti daha çox 2014-cü ildə insanla rı diri-diri yandırması ilə yüksəldi.

Bağdadinin ailəsi orta təbəqəli İraq ailələrindən sayılırdi. Atası Avvad dindar insan idi və məsciddə Quran dərsləri deyərdi. Buna baxmayaraq Bağdadi ailəsinin digər üzvləri Səddam Hüseyinin “Baas” partiyasına qoşuldular. Bağdadinin iki əmisi isə İraq xüsusi xidmət orqanlarında işləyib. Qardaşı isə İraq ordusunun zabiti olub. Digər qardaşı isə İraq-İran müharibəsində savaşda öldürülüb. Bağdadi 1996-cı ildə Bağdad Universitetindən məzun olub və daha sonra isə Səddam Hüseyin Universitetindən magistraturaya qəbul olunub. Magistraturanı bitirdikdən sonra 1999-cu ildə Səddam Hüseyin Universitetindən dokturanturaya qəbul olunub. Bağdadinin elmi işləri hamısı Qurani Kərimin tilavətləri mövzusunda olub.

Bağdadinin əmisi İsmail əl Bədri İraq İxvanül Müslimin Camaatından idi və əmisinin dəvəti ilə Bağdadi 1999-cu ildə İraq ixvanlarına qoşuldu.

2003-cü ildə ABŞ İraqı işğal edəndən sonra Bağdadi  “əhli sünnə və camaat” adlı silahlı ordu yaratmağa başladı. Bağdadinin silahli dəstəsi ABŞ əsgərlərinə qarşı qanlı savaşlarda ən aktiv istirak edən qrup idi. Bağdadi 2004-cü ildə Fəlluca şəhərində həbs edildi və İraqda ABŞ-ın təsis etdiyi “Buka” həbsxanasına gətirildi. Həbsə atılarkən savaşçı kimi deyil, sivil vətəndaş kimi qeydə alındı.  Bağdadi həbsdə ikən namazlarda imamlıq edir və dini dərslər deyirdi. Həbsdə hay-küy salan radikallar ilə həbsxana rəhbərliyi arasında vasitəçilik edir və buna görə Amerika əsgərləri ona yaxşı davranırdi. Bağdadi özünü mədəni insan kimi qələmə verirdi . Bağdad ilə birlikdə həbsxanda  24.000 Səddam Hüseyinin xüsusi xidmət orqanlarında və ordusunda xidmət etmiş zabitlər də cəza çəkirdi. Bağdadi onlarla çox yaxşı əlaqə qurdu və gələcəkdə hamısı Bağdadinin ordusuna qoşuldular. 24.000-nin hamısı sünnilər idi və İran tərəfindən ordudan uzaqlaşdırılmışdılar. Bu gün İŞİD-in yaranması İranın İraqda yarıtmaz siyasətinin nəticəsidir. Bağdadi 2004-cü ilin dekabrında həbsdən azad olunduqundan sonra, keçmiş həbsxana yoldaşları ilə əlaqəni bərpa edir.

O, “Roldex” adlı cihazda onların çoxunun telefon nömrələrini özündə qeyd etmişdi. Həbsdən çıxanda artıq İraq ordusunun xüsusi xidmət orqanları və ordusunun zabitlərindən ibarət böyük ordu toplaya bilmişdi. Nə təsadüfdür ki, Bağdadinin həbsdən azad edilməsindən iki ay öncə, İranla sıx əlaqədə olan və İrana müntəzəm səfər edən  Abu Musab Əz Zərgavi İraqda Əl-Qaidənin qanadını təsis etdi. Əsas hədəf isə İranın dəstəyi ilə  daha çox amerikan əsgəri öldürmək və onların  İraqdan çıxarılmasına nail olmaq idi. İran sonunda buna da nail oldu. Hal hazırda Əl Qaida liderləri İranda özəl villada saxlanılır və təlim keçilir. Ben Ladenin oğlu Said Ben Usama da hal hazırda İranda iqamətgahda saxlanılır. İran dövləti onları hər vasitə ilə təmin edir. Lakin İran daxilində təbliğat aparmaq onlara yasaqdır. Amma xüsusi düşərgələrdə ABŞ əleyhinə savaşmaq üçün İranın nəzarəti altında əcnəbilərə təlim keçirlər.

Bağdadi həbsdən çıxandan sonra Zərgavi ilə əlaqə qurdu. Bəzi məlumatlara görə  Bağdadi həbsdə olanda, orada Zərgavinin adamları ilə yaxın əlaqə qurdu və həbsdən çıxan kimi onlara qoşuldu. Zərgavi Bağdadini Suriyaya göndərdi və orada Əl-Qaidənin qolunu yaratmaq tapşırığı verildi. Bağdadi Suriyaya getdi. Suriyada hakimiyyətin icazəsi olmadan orada  Əl Qaidənin qolunu yaratmag mümkündürmü? Əlbəttə ki, xeyr. Bunların hamısı İranla Suriyanın Zərgavi ilə qurduğu oyun idi. Əsas məqsəd ABŞ əsgərlərini İraqdan çıxmağa məcbur etmək üçün Əl Qaidədən istifadə idi.  2006-cı ildə Zərgavi öldürüldükdən sonra yerine Abu Əyyub Əl Masri təyin edildi. 2007-ci ildə Əbu Əyyub Əl Masri Əl Qaidənin ləğv edildiyini və yerinə isə İslam Dövləti qurulduğunu elan etdi. O zaman İslam Dövləti o qədər məşhur deyildi. Əbu Əyyub Əl Masri sonra özünü müharibə naziri olduğunu elan etdi və yerinə yəni İslam dövlətinin başına isə Əbu Ömər Əl İraqi adlı şəxsi təyin etdi. Bağdadi isə o zaman İslam dövlətinin Dini İşlər üzrə məsul vəzifəsini icra edən vəzifəyə təyin edildi. O zaman Bağdadi də məşhur deyildi. Yalnız dini işlərə nəzarət edirdi. Bağdadi 2007-ci ildə  Bağdad şəhərində doktoranturasında müdafiə etdi və yüksək dərəcə aldı. 2010-cu ildə İraq xüsusi xidmət orqanları Manag Ər Ravi adlı şəxsi həbs etdiler, Manaf Ər Ravi İslam dövlətinin başçısi ilə savaşçılar arasında xəbər daşıyan idi.O zaman gizli qalmaları üçün mesaji insan vasitəsi ilə göndərirdilər. Manaf Ravini Əbu Əyyub Əl Masri və Əbu Ömər Əl İraqinin yerini dedi, müasirəyə alındılar və onlardan təslim olmadılar və özlərini partldaraq intihar etdiler. Əbu Əyyub Əl Məsri və Əbu Ömər Əl İraqi öləndən sonra, İslam dövlətinin hərbi müşaviri Həcci Bəkr adlı şəxs yeni rəhbərin seçilməsini təklif etdi. Həcci Bəkr özü Səddam Hüseynin zamanında İraq hərbi kəşhfiyyatının zabiti olmuşdu. Sonunda 39 yaşlı Əbu Bəkr Əl Bağdadi İslam dövlətinin xəlifəsi seçildi. O zaman  isə 39 yaşı var idi. Beləliklə, Bağdadi istədiyini əldə etdi və xəlifə oldu…

YeniCag.Az

P.S. Yazı ərəb və ingilis mətbuatında Bağdadi ilə bağlı yazılar əsasında qələmə alınıb.

www.yenicag.az

969
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv