128763_res_01Rusiyanın Perm vilayətinin 11 saylı cəzaçəkmə müəssisəsində “Maks Pioner” kimi tanınan 36 yaşlı “vor zakon” Maksim Novikov asılmış vəziyyətdə tapılıb.

Həbsxana nəzarətçilərinin səylərinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb. Kamera yoldaşlarının bildirdiyinə görə hadisədən bir neçə saat əvvəl “Maks Pioner” vəkili ilə görüşüb və “vor kimi öləcəyini” deyib. Bununla belə onun yaxın ətrafı inthar versiyasına inanmır.

“Maks Pioner” 2014-cü ildə Türkiyədə “vor” titulu alıb. Ona bu adın verilməsində həbsxanadan məşhur azərbaycanlı “vor zakon”, “Lotu Quli” kimi tanınan Nadir Səlifov da Skype vasitəsilə iştirak edib. Habelə “tacqoyma” mərasiminə “məsafədən” onun qardaşı Namiq də qatılıb. “Maks Pioner” ötən il 3 il yarım həbs cəzası almışdı. Kriminal aləmdə onun ölümünü 30 il əvvəl həbsxanada asılmış vəziyyətdə tapılan məşhur “vor” “Vasya Brillyant”ın ölümü ilə müqayisə edirlər.(virtualaz)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."