“Qanuni oğru” tutuldu

“Qanuni oğru” tutuldu

Müəllif: Redaktor

Baş Redaktor

levan_suxumski_vor40 yaşlı “qanuni oğru” Levan Abuladze (Levan Suxumski) dünən Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polislərin 2 ildir axtardığı “qanuni oğru” Moskvada kirayə yaşadığı evdə ələ keçirilib.

Qeyd edək ki, təxminən 1 həftə öncə Rusiya DİN Baş İdarəsinin Moskva şəhəri üzrə rəisi Anatoli Yakunin açıqlamasında paytaxtda yaşayan “qanuni oğru”lara müharibə elan etdiyini dilə gətirmişdi. Generalın sözlərinə görə, o, əməliyyat bölmələrinə ilin sonunadək onların iqtisadi bazalarını məhv etməyi tapşırıb. “Bu, biabırçı haldır, bununla qurtarmaq lazımdır”, -deyə Yakunun bildirib.

Məlumata görə, 2 ildir axtarışda olan Levan Abuladze də məhz bu əməliyyat zamanı saxlanılıb. Həmin vaxt onun üzərində saxta pasport aşkarlanıb. Həmçinin “qanuni oğru”dan narkotik vasitə götürülüb. Faktla bağlı cinayət işi açılıb.

Məlumat üçün qeyd edək ki, Levan Suxumski 2006-cı ilin dekabrında “taclandırılıb”. 2012-ci ilin noyabrında Moskvanın “Butırka” adlandırılan təcridxanasında Timur Mirzoyevin Levanın “tacdan məhrum edilməsi” barədə imzaladığı “oğru proqon”u həyata keçirilib. Hazırda Mirzoyev ölüb və olun ölümündən sonra sözügedən “proqon”u heç kim təsdiqləməyə çalışmayıb.(Aznews)

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti