www.sinerjipro.net

SinerjiProWide
Reklam

İki gün öncə azadlığa çıxaraq Türkiyəyə yerləşən kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) yaxın dostlarının əhatəsində olduğu bildirilir.

Yenicag.az “Azfakt.com”a istinadən xəbər verir ki, İstanbula yerləşən kriminal avtoritetə yaxınlığı ilə seçilən “qanuni oğrular” baş çəkiblər. Məlumatda qeyd edilir ki, Nadir Səlifovla görüşə gələn qanuni oğrulardan biri Türkiyədə məskunlaşan həmyerlimiz Rafət Əlibayramlinski, digəri isə Avstriyada yaşayan rusiyalı Saşa Kuşnerdi.

Təqdim olunan fotoda “Lotu Quli” tanınmış avtoritet olan qardaşı Namiq Səlifovun, “qanuni oğrular” Rafət Əlibayramlinski, Saşa Kuşner və ona yaxın olan dostlarının əhatəsindədir.

Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda N.Səlifov uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.

Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin N.Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün N.Səlifov Gürcüstana getmişdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4176
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."