!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz odlu silah və narkotik satanlar saxlanıldı – VİDEO

!Reklam – Yazi

unnamed-4Daxili işlər orqanı əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyatı nəticəsində odlu silah-sursatın və külli miqdarda narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar dəstənin üzvləri zərərsizləşdiriliblər.

ARB TV xəbər verir ki, Zəngilan Rayon Polis Şöbəsinə Şirvan şəhər sakinləri Cabbar Umudov və Kamil Cəfərovda külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş hər iki şəxs 1 kiloqram çəkidə narkotik vasitə olan heroini 10000 manata satmaq istəyən zaman saxlanılıblar.

Kamil Cəfərov – Saxlanılan şəxs: “Bağlamada narkotik vasitə olan hereoin satarkən polislər tərəfindən tutuldum”.

Fakt üzrə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv