Yazı İçi 468×60

128524_res_01Moskvada MDB ölkələrindən olan miqrantlara məxsus metroətrafı qanunsuz tikililərin sökülməsinə başlanılıb.

Bunu Rusiya Daşınmaz Əmlakın İstifadəsinə Nəzarət Dövlət Müfəttişliyinin rəhbəri Sergey Şoqurov deyib.

Onun sözlərinə görə, ilkin olaraq 97 qanunsuz ticarət obyektinin sökülməsinə 700 ədəd texnika cəlb olunub. S. Şoqurov bildirib ki, qanunsuz tikililərin əksəriyyəti yeraltı kommunikasiya xətlərinin üzərində yerləşir.

Dövlət müfəttişliyindən bildiriblər ki, qanunsuz tikililərin könüllü şəkildə sökülməsi üçün verilən vaxt ötən gün bitib. Söküntü işləri “Çistıye prudı”, “Taqanskaya”, “Şelkovskaya”, “Partizanskaya”, “Sokol” metro stansiyaları yaxınlığında və Lyusinovskaya, Marksistskaya küçələrində aparılır. Qanunsuz ticarət obyektlərinin yerləşdiyi ərazi 50 min kv.m sahəni əhatə edir.

Qeyd edək ki, Moskva rəhbərliyi ümumilikdə 104 qanunsuz obyektin sökülməsi barədə qərar qəbul edilib. Proses fevralın sonunadək başa çatacaq.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."