Qanunsuz tikililər yenidən gündəmdə

Müəllif: Redaktor

Editor

“Bakıda və Abşeron yarımadasında qanunsuz tikilən evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunur. Ancaq bu tikililər rəsmiləşdirilməyib”.

Yenicag.Az -ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A. Rəhimzadə qanunsuz tikililərlə bağlı problemin əsas səbəbini də açıqlayıb: “Çünki bələdiyyə bilməyib ki, torpaq ona, yaxud başqa bələdiyyəyə məxsusdur. Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb. Bələdiyyənin ərazisi dəqiqləşdirilib, xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yoxsa yox. Xəritələr müəyyənləşəndən sonra bu problemlərin həlli daha asan olacaq. Çünki indiyə qədər bələdiyyənin başqa bələdiyyənin ərazisində torpaq verməsi halları olub. Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, çünki bir çox bələdiyyə indiyə qədər ərazisinin hara olduğu, haradan başlayıb harada qurtardığını bilməyib”.

Komitə sədri bələdiyyələrin xəritələrinin əksəriyyətinin hazırlanaraq Milli Məclisin Reyestr Xidmətinə verildiyini nəzərə çatdırıb: “Ümumilikdə, 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikə bilərlər”.

Yenicag.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir