!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qar Bakı yollarında tıxaclar yaratdı

!Reklam – Yazi

qar_2746565Bakıda qarlı hava yenə də özü ilə problemlər gətirdi.

Axşam saatlarında paytaxtın əksər küçələrində tıxaclar yaranıb. Belə ki, metronun “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyası ərazisindəki yollarda, Bayıl istiqamətində, Bayraq meydanından paytaxtın mərkəzinə doğru gələn hissədə, Balaxanı yolu və Zığ yolunda nəqliyyatın hərəkəti çətinləşib. Həmçinin, “20 Yanvar” metrosu ətrafı, Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb. Həmin yollarda olan vətəndaşların sosial şəbəkələrdə yaydıqları məlumata görə, yollar buz bağladığından avtomobillərin hərəkət sürəti 10 kilometr saatdan da aşağıdır.

Qeyd edək ki, yol polisi havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə müraciət edib. Məlumatda qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunub. Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb.

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv