Qar yağacaq, yollar buz bağlayacaq XƏBƏRDARLIQ

Qar yağacaq, yollar buz bağlayacaq XƏBƏRDARLIQ

Müəllif: Redaktor

Editor

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. ETSN-in Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 14-ü gündüzədək davam edəcək.

Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

***

Fevralın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 3-5° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağıntıda fasilə yaranacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Yeniçağ.az

Xəbərlər, Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti