!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qara bazar”da dollar bahalaşmaqda davam edir – MƏZƏNNƏ

!Reklam – Yazi

Yanvar ayının 27-də “qara bazar”da dollar 1,5% bahalaşıb.

Yenicag.Az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, yanvar ayının 27-də səhər saatlarında dollar alışı 1.93 manat, satışı isə 1.96 manata qədər yüksəlib.

Qeyd edək ki, ötən gün “qara bazar” dolları 1.90 manata alıb, 1.93 manata satırdı.
Amma son valyuta hərracında bankların tələbinin qarşılanmaması dolların bahalaşmaqda davam etməsinə səbəb olub. Bankların dolları bahalaşdırmasından sonra paralel olaraq “qara bazar” da nisbətən daha böyük fərqlə dolları alıb-satmağa başlayıb.

Yenicag.Az

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv