“Qara bazar”da son bir neçə gündə dollar bahalaşmaqda davam edir.

Yenicag.Az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, yanvar ayının 26-da səhər saatlarında dolların alışı 1.9000 manat, satışı isə 1.9300 manata qədər bahalaşıb.

Qeyd edək ki, yanvarın 25-də “qara bazar” dolları 1.8700 manata alıb, 1.8900 manata satırdı. Amma valyuta hərracına cəmi 25 milyon dollar çıxarılması bankların tələbini qarşılamayıb. Və hərracdan sonra banklar dolları 1.9700 manata qədər bahalaşdırdılar.

Belə olan halda, “qara bazar” da nisbətən daha böyük fərqlə dolları alıb-satmağa başlayıb.

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."