“Qara bazar”da dolların alış-satışı dayandı

Müəllif: Redaktor

Editor

Dolların rəsmi məzənnəsinin 2 manatlıq psixoloji həddi keçməməsi valyuta bazarında vəziyyəti kəskin dəyişib.

Yenicag.Az-ın məlumatına görə, dolların rəsmi məzənnəsinin son iki gündə ucuzlaşması bankların dolların alış məzənnəsini aşağı salmasına səbəb olub. Yaranan vəziyyət isə “qara bazar”da durğunluğa səbəb olub. Fərdi qaydada dollar satışı ilə məşğul olan şəxslərin fins.az-a verdiyi məlumata görə, səhər saatlarında dollar 1.82-1.83 manata alınıb -1.85-1.86 manata satılırdı. Amma bankların dolların alış məzənnəsini 1.77-1.79 manata salması “qara bazar”ı çıxılmaz vəziyyətə salıb:

“Müştərilər hesab edirlər ki, fərdi qaydada dollar satışı daha sərfəli olmalıdır. Ona görə bildirirlər ki, banklar dolları 1.77 manata alırsa, sizdə alış niyə 1.82 manatdan aparılır”.
Məlumata görə, ümumilikdə dollara tələbat azalıb. Bankların dollarla bağlı təkliflərinin daha sərfəli olması “qara bazar”a tələbatı kəskin azaldıb:
“Hazırda dollar alan yoxdur”.

Buna səbəb isə dollarla bağlı yaranan ajiotajdır. Dolların məzənnəsinin necə dəyişəcəyi məlum olmadığı üçün insanlar həm almağa, həm də satmağa ehtiyat edirlər:
“İndi dollar almaq istəyənlər ehtiyat edirlər ki, dollar daha da ucuzlaşacaq. 1.95-1.97 manata dollar alanlar isə onu 1.83 manata satmaq istəmirlər. Dolların qalxacağına ümid edirlər”.

Yenicag.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir