www.sinerjipro.net

SinerjiProWide
Reklam

Şərqi Afrika ölkələrindəki karbohidrogen ehtiyatları uğrunda qlobal mübarizə güclənir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Şərqi Afrikanın neft-qaz yataqları uğrunda mübarizənin əsas hədəfi milyardlarla dollar gəlir və strateji əhəmiyyətli boru xətləri üzərində nəzarətin ələ keçirilməsidir.

Bir müddət əvvəl Şərqi Afrika ölkələri – Uqanda və Keniyada aşkar edilən karbohidrogen ehtiyatlar bu dövlətləri potensial neft-qaz ixracatçısına çevirib. Həmin coğrafiyada yerləşən Tanzaniya da öz neftini Hind okeanı vasitəsilə dünya bazarına çıxartmaq üçün yollar axtarmaqdadır. Dünya bazarında neftin ucuzlaşması Şərqi Afrika neft-qazı ilə bağlı boru xətləri və ixracat şərtlərinin seçilməsində ciddi qeyri-müəyyənlik yaranıb.

2012-ci ildə Keniyada neft yataqlarının kəşfindən sonra Şərqi Afrika Neft İxrac Kəməri (UKCOP) adlı irimiqyaslı layihənin həyata keçiriləcəyi haqda məlumatlar yayıldı. Qeyd olunur ki, adıçəkilən layihənin əsas məqsədi Uqanda və Keniya neftinin Hind okeanındakı Lama limanına çatdırılması və oradan dünya bazarına çıxarılmasıdır. Lakin 2015-ci ildə təhlükəsizlik, ərazinin qeyri-münasibliyi və maliyyə çətinlikləri UKCOP layihəsinin həyata keçirilməsini sual altına salıb. Bunu nəzərə alan Uqanda öz neftini digər ərazidən nəql etmək üçün Tanzaniya ilə müqavilə imzaladı. Hadisələrin bu məcrada inkişafı Keniyanı öz imkanları hesabına ixrac kəməri tikmək, yaxud da neftin quru yolu ilə nəqlini təmin etmək məcburiyyətinə gətirib.

Digər tərəfdən, adları çəkilən ölkələr arasında münasibətlərin gərginliyi də Şərqi Afrika neftinin ixracı məsələsini mürəkkəbləşdirir. Məsələn, Tanzaniyada 2015-ci ildə hakimiyyətə gələn prezident Con Maqufuli prosesləri iqtisadi baxımdan daha güclü olan qonşusu Keniyanın əleyhinə çevirmək cəhdlərini davam etdirir. Ona görə də, Keniya ərazisindən tranzit kimi istifadə etməməsi üçün uqandalı həmkarı Yoveri Museveniyə təsir göstərməyə çalışır.

Qeyd olunur ki, Şərqi Afrikadakı – əsasən də Uqandadakı neft yataqlarının istismarını Fransanın “Total” şirkəti öz nəzarətinə götürüb və bu işə böyük kapital yatırıb. Maraqlıdır ki, “Total” şirkəti bu sahədə öz inhisarını qorumaq üçün UKCOP layihəsini yaxına buraxmayaraq, alternativ Tanqa variantının reallaşmasına cəhd göstərir. Ona görə də “Total” Tanqa layihəsini maliyyələşdirməyi Uqanda prezidenti Museveniyə vəd edib.

Bununla belə, digər nəhəng neft şirkətləri Şərqi Afrika ölkələrinin karbohidrogen ehtiyatları uğrunda mübarizəyə qoşulmaq üçün münasib şəraitin yaranmasını gözləyirlər. O baxımdan, “Qara qitə”nin “qara qızıl”ı uğrunda amansız mübarizənin hələ irəlidə olduğunu söyləmək mümkündür.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."