!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” Avroliqa ilə vidalaşdı – Yenilənib

!Reklam – Yazi

qarabag2015071936-1Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunun matçlarına start verilib.

Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda İtaliyanın “Fiorentina” komandasını qəbul edir.

Görüşü xorvatiyalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi İvan Bebekdir.

Qeyd edək ki, İtaliya təmsilçisi 10 xalla qrupa liderlik edir. Hesabında 7 xal olan “Qarabağ” və “PAOK” (Yunanıstan) müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar. Hesabında 4 xal olan “Slovan” (Çexiya) sonuncu yerdədir.

***

Oyunun ilk hissəsi başa çatıb. Matçın 45 dəqiqəsi qarşılıqlı hücumlar şəraitində keçsə də qol vurmaq mümkün olmayıb.

***

Ağdam klubu öz meydanında “Fiorentina”ya 1:2 hesabı ilə məğlub olaraq Avroliqa ilə vidalaşıb.

 

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv