!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” azarkeşlərinə müjdə

!Reklam – Yazi

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Yenicag.az xəbər verir ki, görüşə marağı nəzərə alan rəhbərlik azarkeşlərin qısa zamanda asanlıqla bilet əldə etmələri üçün ilkə imza atıb.

Belə ki, rəqib dünən məlum olduğundan və sözügedən matçın cəmi 5 gündən sonra keçiriləcəyini nəzərə alan ağdamlılar önləyici tədbirlər görüblər. “Şerif”lə oyunun biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb. Bunun da əsas səbəbi bilet satışının daha erkən başlanması və azarkeşlərin çətinliklərlə üzləşmədən biletləri əldə etməsinə şərait yaratmaq olub.

Bu təcrübədən Avropanın bir çox klublarında da istifadə olunur və “Qarabağ” bu sistemdən istifadə etməklə Azərbaycanda bir ilki reallaşdıracaq.

Yenicag.az

www.yenicag.az

847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv