!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ çıxmazı “Xristian klubu”na ilişib – Deputat şərh edir

!Reklam – Yazi

ab-kapi-hosgeldin-karikaturElman Nəsirov: “Qarabağ münaqişəsinin çözümü hələlik Avropa üçün prioritet deyil”

Postsovet məkanında baş verən və hələ də həllini tapmayan konfliktlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi təkcə həmin ölkələrin özləri üçün deyil, eyni zamanda Qərb yarımkürəsində mövcud olan dövlətlər üçün də təhlükə mənbəyidir. Bunu Avropa rəsmiləri özləri də dəfələrlə etiraf ediblər. Lakin maraqlıdır ki, onlar həll olunmayan münaqişələrin özlərini belə təhdid etdiyini etiraf etsələr də, bu təhdiddən xilas olmaq üçün real addımlar atmaqdan qaçırlar. Görəsən, niyə Avropa özlərini də təhdid etdiyi halda, Dağlıq Qarabağ konfliktinin çözülməsinə bu günə qədər ciddi şəkildə girişməyib?

1416940774_elman-1_1403933760bghfbcvYenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, hələlik Dağlıq Qarabağ münaqişəsi Qərb üçün prioritet məsələyə çevrilmədiyindən, onlar konfliktə münasibətdə belə seyrçi mövqe tutublar: “Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsi lokal münaqişə olsaydı, bəlkə də onun Avropa üçün elə bir təhlükəsi də olmazdı. Amma bu münaqişənin qəlizliyi ondadır ki, o təkcə lokal deyil, eyni zamanda regional konfliktdir. Çünki proses birbaşa region dövlətlərinə də təsir edir. Eyni zamanda, bu böyük bir beynəlxalq münaqişədir. Çünki prosesdə NATO, ABŞ, Avropa İttifaqı iştirak edir, onların da maraqları var. Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağ konflikti ilk növbədə Cənubi Qafqaz regionu üçün ciddi təhlükə mənbəyidir. Cənubi Qafqazın özünün də İran, Türkiyə, Rusiya kimi çox mühüm və mürəkkəb regionlarla qonşu olduğunu da nəzərə alsaq, bu amil də münaqişənin lokal səviyyədən çıxdığını göstərir. Şübhəsiz ki, Avropa dövlətləri məsələnin mahiyyətini bildiklərini etiraf edir və hazırkı status-kvo vəziyyətinin qəbuledilməz olduğunu qəbul edirlər. Yəni status-kvo vəziyyətinin dəyişdirilməsi işğal faktoruna son qoyulmasını nəzərdə tutur. Amma onlar bunu desə də ondan irəli gələn addımlar atmır. Fikrimcə, bunun da əsas səbəbi odur ki, hazırda dünyada söz sahibi olan, siyasi qərarlar qəbul edən dövlətlər üçün Dağlıq Qarabağ münaqişəsi prioritet məsələyə çevrilməyib, gündəliklərində özünə layiq olan yeri tutmayıb. Bu gün onları narahat edən və həllinə çalışdıqları başqa məsələlər var. Məsələn, dünya dövlətləri Ukrayna ilə Azərbaycanın ərazi bütövlüyü məsələsinə eyni prizmadan yanaşmırlar. Onlar üçün hazırda Ukraynanın ərazi bütövlüyü məsələsi daha vacib görünür. Qərb Suriya məsələsini öz maraqları naminə həll etmək istiqamətində ciddi-cəhdlər gödtərir. Amma Qarabağla bağlı belə yanaşmanın şahidi deyilik. Nə qədər ki, ikili standartlar aparıcı rol oynayacaq vəziyyətdən böyük dövlətlərin iştirakı ilə çıxmaq məsələsi də müşkülə çevriləcək, necə ki, belədir. Təsəvvür edin ki, münaqişənin həlli missiyası da 3 xristian dövlətinə tapşırılıb, işğalçı dövlət də xristian ölkəsidir. Deməli, əslində 4-ün birə nisbəti əmələ gəlir. Bu acınacaqlı vəziyyət də münaqişənin həlli imkanlarını buxovlayan bir amildir”.

ELÇİN

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv