Qarabağ əlili faciəvi şəkildə öldü - Fotolar

Müəllif: Redaktor

Editor

Şəkidə qarlı hava iki minik avtomobilinin toqquşmasına səbəb olub.

Yenicag.az-a daxil olan məlumta agörə, hadisə səhər saat 08:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 28 km-də, Şəkinin Suçma kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Mingəçevir sakini Səmədov Elbrus Səməd oğlunun idarə etdiyi 10-SX-298 dövlət nömrə nişanlı VAZ-2104 markalı avtomobillə, Balakən sakini İbrahimov Vaqifin idarə etdiyi 08-BF-440 dövlət nömrə nişanlı NAZ Lifan markalı avtomobil toqquşub. Nəticədə VAZ-ın sürücüsü ağır bədən xəsarətləri alıb. Xəsarət alan şəxs təcili olaraq Şəkinin Böyük Dəhnə kənd tibb məntəqəsinə çatdırılıb. Lakin VAZ-ın sürücüsü yolda dünyasını dəyişib.

Hadisənin ilkin olaraq yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı Yol-Nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırmalar aparılır.

Qeyd edək ki, NAZ markalı avtomobilin sürücüsü Qarabağ əlilidir.

Yenicag.az

Foto Qalereya:


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir