!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ köçkünü “Qaçqınkom”dan Mehriban Əliyevaya şikayət etdi

!Reklam – Yazi

dfa5bd35ee353a18219b16bd4f1ed9c3_L“Gözdən əlil balamı qışın günü evsiz qoyanlara..”

Ağdam rayonundan qaçqın düşən Nəsimi Əziz oğlu Səfərov media vasitəsilə Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

“Salam çox hörmətli Mehriban xanım! Siz ölkəmizin dünyada tanıdılması, mədəniyyətimizin, təhsilimizin, səhiyyəmizin daha da inkişaf etməsi üçün durmadan çalışırsız. Ona görə də Sizin qiymətli vaxtınızı aldığım üçün üzürlü hesab edin. Amma baqa çıxış yolum olmadığı üçün Sizin dəyərli vaxtınızı alıram. Buna görə məni bağışlayın.

Mən anadan olduğum doğma evimizi, uşaqlıqdan göz açıb gördüyüm, ana yurdumu itirəndə 16 yaşım var idi. Ağdamdan çıxanda təkcə torpağımızı, evimizi deyil, bütün uşaqlığımı, yeniyetməliyimi və gəncliyimi də sağlamlığımı itirdim.

O müharibədən uzaqlaşandan sonra beynimdəki uğultunu eşitdim. Qaçaqaçda başımdan tramva almışdım, amma bunun fərqində olmamışdım. Bununla da bütün sağlamlığımı itirdim. Buna baxmyaraq, əsgərliyə yollandım və Murovdağda xidmət edib evimizə döndüm.

Ailə qurdum və üç övladım dünyaya gəldi. Bütün acılarımın övladlarımın qığıltısı ilə bitəcəyinə inanırdım. Amma qızım Aydanın gözündə yaranan problem bütün sevincimimizi əlimizdən aldı. Doğulandan bəri müalicə alan Aydanın sağalması üçün xaricdə və Bakıda daim həkim nəzrətində oldu. Bu isə xeyli pul tələb edirdi. Buna görə, banklardan kredit götürdüm. Xəstəliyimə baxmayaraq, gecə-gündüz kreditləri ödəmək üçün çalışdım.

Nədənsə bir gün bu əzabların bitəcəyinə, qarşıda bizi gözləyən xoş günlərin gələcəyinə ümidim vardı. Lakin son dönəmdə başıma gələnlər bu ümidi bütünlüklə məhv etdi.

Daim özümün və uşağımın müalicəsinə pul xərcləndiyi üçün 5 nəfərlik ailəmlə atamın yanında qalmaq məcburiyyətindəyik. Hazırda Xətai rayonu Neapol küçəsi 8-ünvanında yerləşən 206 saylı uşaq bağçasında yaşayırıq..

206 saylı uşaq baxçasında bizi-ikisi 3 nəfərdən, biri isə 5 nəfərdən ibarət 3 təsərrüfata malik 3 ailəni bir mənzildə yerləşdiriblər.

Biz 3 təsərrüfat kimi Ağdam rayon İcra Hakimiyyəti orqanı tərəfindən qeydə alınmağımıza və yaşamağımıza baxmayaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Xətai rayon şöbəsi bizi ayrı təsərrüfat kimi qeydə almaqdan imtina edir. Çünki adıçəkilən qurumun 206 saylı uşaq bağçasının ərazisini türkiyəli iş adamına 3 milyona satdığı deyilir.

Lakin burda yaşayan heç bir ailəyə bu barədə məlumat verilmir. Alqı-satqı müqaviləsinin kimlərin arasında imzalandığını və neçəyə satıldığını bilmirik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Xətai rayon şöbəsinin rəhbəri Faiq Əliyevin adamı isə bizə yataqxananı tərk etməyimizlə bağlı şifahi xəbərdarlıq edib.

Biz 3 ailə olduğumuz halda bir ailə kimi qeydiyyat apararaq, bir ailə üçün nəzərdə tutulan kompensasiya verir. Bir ailə üçün 50000 (əlli min) AZN ödəyir. Ümumilikdə 11 nəfərdən ibarət olan 3 ailə bu məbləğə necə və harda ev ala, yaxud tikə bilər?

Biz problemlə bağlı bir çox dövlət qurumlarına müraciət etdik.

Hətta anamla qardaşım bu ilin iyulunda Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbulunda oldu. Qəbul zamanı Əli Həsənov bu problemin həlli ilə bağlı heç bir maneə ola bilməyəcəyini bildirib və məsələnin tezliklə müsbət həll olunacağını deyib. Ancaq həmin vaxtdan 3 aya yaxın vaxtın keçməsinə baxmayaraq heç bir müsbət nəticə yoxdur.

Sizdən xahiş edirəm bizə kömək edin!

Ailəlikcə bütün qazancımız gözdən əlil övladımın müalicəsinə sərf olunur. Üstəlik, bütün qohumların adından götürdüyüm kredit faizlərini ödəyə bilmirəm. Gözdən əlil övladımın hər iki babası təqaüdləri ilə mənim kreditlərimi ödəyir.

İndi yerləşdiyimiz evi əlimizdən alıb bizim ailəni qışın günündə küçəyə atdıqdan sonra neyləyəcəyimi bilmirəm.

Sizdən xahiş edirəm bizi qışın günündə əlil balamla küçələrə atmaq istəyənlərə imkan verməyin.

Çox hörmətli Mehriban xanım, Sizin humanist fəaliyyətiniz göz qabağındadır. Daim uşaqlara, xəstələrə, əlillərə, ailələrə göstərdiyiniz diqqəti nəzərə alıb bizə kömək etməyinizi xahiş edirəm.

Hörmətlə Səfərov Nəsimi Əziz oğlu

Ağdam qaçqını

www.yenicag.az

843
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv