!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ münaqişəsi Beynəlxalq Sülh Bürosunun dünya konqresində müzakirə olunacaq

!Reklam – Yazi

unnamed (2)Berlində Beynəlxalq Sülh bürosunun “Silahsızlaşdıraq! Sülh iqlimi haminə” şüarı ilə keçirilən Dünya Konqresi öz işinə başlayıb.Bu konqres dünyanın ən böyük beynəlxalq sülhü çağıran tədbirlərindən biri sayılır. Tədbirə ən müxtəlif ölkələrdən nobel mükafatçıları, alimlər, siyasətçilər, din adamları və sülh çağırışçısı olan ictimai xadimləri qatılıb. Cənubi Qafqaz regionundan tədbiri işıqlandıran yeganə media orqanı Eurasia Dairy-nin Berlinə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə , tədbirə bütün dünyadan ümumilikdə 1000-ə yaxın nümayəndə qatılıb.

Konqresdə çıxışçıları arasında dünya üzrə kifayət qədər nüfuz sahibi olan şəxslər, 2011-ci il Nobel Sülh Mükafatı Laureatı əslən Yəməndən olan Təvəkkül Karman , “Right Livelihood Award” mükafatının yaradıcısı Jakob von Uexküll, bu mükafatın laureatları Vandana Shiva və Alyn Ware, James Galbraith, Noam Chomsky kimi görkəmli iqtisadçılar (video vasitəsilə) və Samir Amin, dünya siyasətinə yən verən məşhur Roma klubunun vitse-presidenti Ernst Ulrich von Weizsäcker, UTİC və UNI qlobal birliklərin baş katibləri Sharan Burrow və Philip Jennings, YUNESKO-nun keçmiş baş direktoru Federiko Mayor Zaragoza, keçmiş Ekvadorun keçmiş müdafiə katibi və bu ölkənin BMT-nin Cenevrə ofisindəki keçmiş nümayəndəsi María Fernanda Espinosa Garces, BMT Geneva ofisinin baş direktoru Michael Moller , Beynəlxalq Sülh Bürosunun idarə heyətinin üzvləri və başqa şəxslər də iştirak edir. Azərbaycanı isə tədbirdə Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü, Qərbi Asiyanın 18 ölkəsi (Azərbaycan, Gürcüstan, Ermənistan, Qatar, Yəmən, Fələstin, Oman, İsrail, İordaniaya, Səudiyyə Ərəbistan, Türkiyə, Kipr, Livan, Bəhreyn, İraq ) və konflikt bölgələri üzrə nümayəndəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu Umud Mirzəyev təmsil edir. O, tədbir çərçivəsində bir sıra vacib görüşlər keçirib, danışıqlar aparacaq. Konqres zamanı onun çıxış edərək , Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın sülh danışıqlarındakı mövqeyi haqqında tədbir iştirakçılarına geniş məlumat verməsi gözlənilir.

Qeyd edək ki, tədbirdə əsas müzakirə mövzuları dünyadakı münaqişlərin həlli yolları, sülhə çağırış, insanlığı düşündürən qlobal problemlərinin birgə müzakirəsi və çıxış yolları tapmaqdır.

Tədbir oktyabrın 3-dək davam edəcək.

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv