!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ problemini Rusiya özü yaradıb ki, Azərbaycana sahib olsun”- Şərh

!Reklam – Yazi
15416801_835386083271363_310117301_n“Rusiya Ermənistanın yaxın müttəfiqi olduğu üçün ilk növbədə Ermənistanı müdafiə edir”
Bunu Yenicag.az-a “Yandex”in 2016-cı ildə rusiyalıların ən çox diqqətini cəlb edən hadisələr arasında Dağlıq Qarabağ mövzusunun olmasını şərh edərkən politoloq Fikrət Sadıqov söyləyib.
O, “razı deyiləm ki, Rusiya bu məsələdə passivlik göstərir” dedi: “Rusiya sadəcə olaraq Ermənistanın yaxın müttəfiqi olaraq ilk növbədə Ermənistanı müdafiə edir. Amma digər reallıq da ondan ibarətdir ki, Rusiyanın Azərbaycanla da partnyorluq münasibətləri var və o bu müddət ərzində balanslaşdırılmış siyasət aparmaq istəyir. Digər tərəfdən də həm ermənilərə dəstək verir, həm bizimlə də münasibətlərini davam etdirir. Bizim mövcudluğumuzu və rolumuzu da təbii ki, yüksək qiymətləndirir. Çünki bu bir çox layihələrlə, bir çox müqavilələrlə var və s… bağlıdır. Politoloq qeyd edir ki, Dağlıq Qarabağ məsələsi çox mürəkkəb məsələdir: “Sadəcə olaraq burada bir sıra dövlətlərin maraqları toqquşur. Həm Abş, həm Avropa, həm də Rusiya… Bir tərəfdən də bu onu göstərir ki, burada erməni amili kifayət qədər güclüdür. Ermənilərin zəngin diaspora, Rusiya ilə dini yaxınlığı, və Rusiya cəmiyyətində cəmləşdiyi faktiki olaraq bir amildir. Hətta ermənilərin ruslarla birlikdə müxtəlif fəal toxumlarının mövqeləri bir çox hallarda, hətta beynəlxalq səhnələrdə də üst-üstə düşür. Eyni zamanda əlbəttə ki, Rusiyada Azərbaycanı və real vəziyyətini yüksək dəstəkləyən qüvvələr də var. Hər halda “Yandex”in yazdığı o deməkdir ki, Qarabağ məsələsi uzun müddət diqqət mərkəzində olacaq. Bu, hər halda Rusiya cəmiyyətini maraqlandıran və narahat edən bir amildir”. Millət vəkili Fəzail Ağamalı isə Qarabağ problemini Rusiyanın özü yaratdığını bildirdi: “Ermənistan Rusiyanın strateji tərkib hissəsidir. Rusiya Qafqazda qalmaq üçün illərdən bəri həyata keçmiş olduğu siyasət məntiqi nəticədir. Eyni zamanda bu problemi Rusiya özü yaradıb ki, Azərbaycana sahib olsun”.
Qeyd edək ki, “Yandex” axtarış saytı 2016-cı ildə rusiyalıların ən çox diqqətini cəlb edən hadisələri və şəxsləri müəyyənləşdirib. Dağlıq Qarabağ münaqişəsi 2016-cı ildə rusiyalıların diqqətini ən çox cəlb edən hadisələr sırasında yer alıb.
Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv