Qarabağ qazisi vəfat etdi – Foto

Qarabağ qazisi vəfat etdi – Foto

Müəllif: Redaktor

Baş Redaktor

693970_465684Ağır vəziyyətdə olan 1 ci qrup Qarabağ qazisi Fəxrəddin Rəhimov vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə qazilər.az saytına Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib.

Xəbərə görə, F.Rəhimovun dərisinin çürüməsi nəticəsində deşilib çıxan yan çanaq sümüyü kəsilərək götürülüb. Lakin bir müddət əvvəl F.Rəhimov ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilmişdi. Onun yaşaması üçün ümid az olsa da, həkimlərin səyi sayəsində kirtik vəziyyətdən çıxarılmışdı.

Həkimlərin müzakirəsindən sonra Respublika Travmatologiya Xəstəxanasından Professor Çingiz Əlizadə dəvət edilmişdi. Elə Respublika Klinik Xəstəxanasında müalicə edilib, əməliyyat olunmuşdu.

Qeyd edək ki, F.Rəhimov 1992-ci ilin yayında – 18 yaşında – Ağdamın Abdal-Gülabıl kəndi istiqamətində gedən döyüşlərdə aldığı çoxsaylı qəlpə yarası ilə ömürlük yataq xəstəsinə çevrilmişdi.

Fəxrəddin Rəhimov sabah doğulub böyüdüyü və qoruduğu Ağdam rayonunda – Quzanli qəsəbəsində dəfn ediləcək.

Allah rəhmət eləsin.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti