Qarabağ qətnaməsinin qəbuluna Nuland mane olub – ŞOK

Qarabağ qətnaməsinin qəbuluna Nuland mane olub – ŞOK

Müəllif: Redaktor

Baş Redaktor

26773036bf0869ba0b2e8f3e27915e9a“AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağla bağlı qətnamənin qəbul olunmamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın xüsusi rolu olub”.

AzVision.az “panorama.am” saytına istinadən xəbər verir ki, bunu amerikalı konqresmen Adam Şiff Ermənistanın “Asbarez” qəzetinin baş redaktoru Ara Xaçatryanın “Horizon live” verilişində deyib:

“Qətnamə müzakirə edilmədən öncə ABŞ Dövlət Departamentinə və region üzrə səfirlərindən birinə müraciət etdim. Bu məsələdə kəskin və mənfi mövqeyimi bildirdim. Vurğuladım ki, bu, Azərbaycanı dəstəkləyən və eyni zamanda təktərəfli qətnamədir. Səfir və Viktoriya Nuland mənə bunun üzərində işləyəcəklərini dedilər”.

Adam Şiff bu kimi səylər nəticəsində qətnamənin keçmədiyini qeyd edib.

Qeyd edək ki, Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb.

181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.

Siyasət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti