“Qarabağ” rəhbərliyinə Nardaran hadisələri ilə bağlı – Xəbərdarlıq

Müəllif: Redaktor

Editor

12200448_918366438257315_1227328574_nAvropa Liqasının qrup mərhələsinin V tur matçında İngiltərə “Tottenhem”ini qəbul edəcək “Qarabağ” klubunun rəhbərliyinə təhlükəsizlik məsələlərində daha diqqətli olmaları tövsiyə edilib.

Yenicag.az  xəbər verir ki, bu barədə report-a oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Şamil Quliyev məlumat verib.

O bildirib ki, klubun baş meneceri Asif Əsgərova Nardaranda baş vermiş olaylarla əlaqədar arenada təhlükəsizliyə ciddi riayət olunmasının vacibliyini söyləyib:

“Bu məqsədlə hüquq-mühafizə orqanlarının əməkdaşları daha diqqətli davranmalı, tamaşaçıları stadiona buraxarkən onları ciddi yoxlamalıdırlar”.

Direktorun sözlərinə görə, oyun zamanı təhlükəsizliyi qorumaq üçün kifayət qədər qüvvə cəlb olunacaq:

“Stadionumuzu “Qarabağ” icarəyə götürdüyündən, təhlükəsizlik məsələləri də klubun üzərinə düşür. Amma biz də əlimizdən gələn köməyi əsirgəməyəcəyik. Məndə olan məlumata görə, təhlükəsizliyi 5 000-dək polis əməkdaşı qoruyacaq. Eyni zamanda, daxili qoşunların xidmətindən istifadə olunacaq”.

“Qarabağ”ın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, indiyədək oyuna 19 000 bilet satılıb. Klub ümid edir ki, təhlükəsizlik sarıdan heç bir problem olmayacaq.

Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” matçı saat 22:00-da başlanacaq.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir