!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" "Roma"ya layiqli müqavimət göstərsə də, uduzdu

!Reklam – Yazi

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulur.

Yenicag.az xəbər verir ki, qitənin bir nömrəli turnirində ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın bütün biletlərinin satılması da oyunun vacibliyindən xəbər verirdi. Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi Azərbaycan futbolunun tarixinə düşəcək qarşılaşmada ağdamlıların işi çox çətin idi. “Qarabağ” İtaliya nəhəngi ilə oyunda autsayder hesab olunsa da, təmsilçimiz asan yem olmadığını isbatlamağa çalışıb. Düzdü, üç qolun vurulduğu oyunda qələbəni qonaqlar bayram etdilər. Amma Ağdam klubu bu görüşdə rəqibinə layiqli müqavimət göstərməyi bacardı.

27 sentyabr

Çempionlar Liqası

Qrup mərhələsi, 2-ci tur

C qrupu

“Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) 1:2
Qol: P.Enrike, 28 – K.Manolas, 7. E.Dzeko, 15.
Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu

Qarabağ: İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarik Elyunussi, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
Roma: 1. Alisson Bekker, 4. Raca Naynqqolan (k), 5. Juan Jesus, 7. Lorenso Pelleqrini, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 21. Maksim Qonalon, 23. Qrequar Deffrel, 25. Bruno Peres, 44. Kostas Manolas, 92. Stefan El Şaraavi.
Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 6. Kevin Strotman, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fasio, 24. Alessandro Florensi, 30. Jerson.
Baş məşqçi: Eysebio Di Françesko.

www.yenicag.az

16845
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv