“Qarabağ” və “Qəbələ”nin oyunlarının hakimləri bəlli oldu

Müəllif: Redaktor

Editor

6591 (1)Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Tottenhem”lə qarşılaşacaq komandamızın oyununu idarə edəcək hakimlərin adlarına aydınlıq gəlib.

Matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Adrien Yakkottet olacaq. Ona Rafael Zeder və Vital Jobin kömək edəcək. 4-cü hakim isə Yohannes Voqel olacaq. Sentyabrın 17-də “Vayt Hart Leyn” stadionunda keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də baş tutacaq

Qeyd edək ki , bu İsveçrəli referinin “Qarabağ”ın oyununda 2-ci təyinatıdır. Yakkottet ötən mövsüm Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Valetta-Qarabağ” oyununda da əsəs söz sahibi olmuşdu.

Bundan əlavə “Qəbələ”nin Bakıda PAOK-la keçirəcəyi qarşılaşmada isə ispaniyalı hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını Xavyer Estrada yerinə yetirəcək. Ona Migel Martines və Teodoro Sobrino yardımçı olacaqlar. Qarşılaşmanın dördüncü hakimi isə Dieqo Barbero Sevilya olacaq.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır