www.sinerjipro.net

SinerjiProWide
Reklam

UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ölkə çempionu “Qarabağ” ilk oyunda səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşıb.

 

Çempionlar Liqası III təsnifat mərhələsində “Seltik”ə məğlub olaraq mübarizəni Avroliqada davam etdirməli olan ağdamlılar “Yanq Boyz”la ilk oyunda sərfəli nəticə qazana bilib.

 

Oyunu üstün keçirən tərəf ola ağdamlılar bir neçə cəhdi boşa verdikdən sonra ikinci hissədə nəhayət hesabı aça biliblər.

 

Matçın 67-ci dəqiqəsində Almeyda möhtəşəm qola imza atıb.

 

Qalan dəqiqələrdə daha bir neçə dəfə fərqlənmək şansı olsa da “Qarabağ” bu şanslardan istifadə edə bilməyib və matç bu hesabla da bitib.

 

 

Avropa Liqası

Pley-off mərhələsi

İlk oyunlar

 

 

“Yanq Boyz” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) – 0:1

Qol: Almeyda, 67

 

Baş hakim: Vladislav Bezborodov

Yan xətt hakimləri: Nikolay Qolubev, Maksim Qavrilin

Dördüncü hakim: Aleksey Yeskov (hamısı Rusiya)

Hakim-inspektor: Lassin İsaksen (Farer adaları)

UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

Bern. “Stad de Suiss”

 

“Yanq Boyz”: 18. Yvon Mvoqo, 4. Milan Vilotiç, 5. Stiv von Bergen, 8. Yan Lekyaks, 23. Skott Satr, 6. Leonardo Berton, 7. Miralem Suleymani, 14. Milan Qayiç, 29. Rafael Nuzzolo, 31. Yuya Kubo, 99. Juliam Oarao

Ehtiyat oyunçular: 1. Marko Völfli, 3. Floren Hadergyonay, 22. Qreqori Vütriş, 28. Denis Zakariya, 30. Aleksandr Qonzales, 20. Haris Tabakoviç, 77. Samuel Afum

Baş məşqçi: Harald Gemperle

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Əl Harbi Əl Jedayui, 77. Cavid Tağıyev

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev, 29. Raydel Pupon

Baş məşqçi: Qurban Qurbanov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.